Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abortda ölən ananın qohumu danışdı


Bərdədə növbəti ana ölümü baş verib


Bərdənin Cəyirli kənd sakini 34 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib. 

Əslən Yardımlıdan olan Sitarə Şahbazova 6 il əvvəl Bərdənin Cəyirli kəndinə gəlin köçüb. Bu gün saat 15 radələrində öz istəyi ilə abort olmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının ginekolojiya şöbəsinə gəlib. Yaxınlarının sözlərinə görə, xəstaxanaya gələn zaman mərhumun səhətində problem olmayıb. Sitarə Şahbazovanın dünyasını dəyişməsinə görə ailə üzvləri həkimləri günahlandırır.

Ölən gəlinin qohumu Şəlalə Cəfərovanın sözlərinə görə, həkim S.Şahbazovanı abort edərkən öldürüb:

“Həkim sonra çıxıb deyib ki, xəstənin vəziyyəti pisdir. Yiyəsi hanı? Bu gəlin də su gətirməyə gedibmiş girib içəri ki, ölüb. Ondan sonra həkim qaçıb gizlənib, yoxdur”.

Sitarə Şahbazovanı abort edən həkimi tapmasaq da, doğum şöbəsinin növbətçi həkim Tahirə Abbasova baş vermiş hadisə ilə bağlı bunları dedi:

“Saat 14:30 radələrində ginekolojiya şöbəsinə həkimə müraciət etmiş, pozulmuş abort diaqnozu ilə daxili müayinə edən zaman xəstədə epileptik tutmalar olub. Bir dəfə xəstəni vəziyyətdən çıxartsalar da tutmalar davam edib, ürək fəaliyyətini dayandırıb. Göstərilən yardımlara baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb”, – deyə həkim Tahirə Abbasova qeyd edib.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib. 

Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar