Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda silahlı insident


Cinayətkar həbs edildi


Abşeron polisi avqustun 22-də Saray qəbiristanlığı yaxınlığında Emil Bayramovu ov tüfəngi ilə yaralayan şəxsi həbs edib.
 
Avqustun 22-də gecə saat 02.30-da Sumqayıt şəhər sakini Emil Bayram oğlu Bayramov "Opel Zafira" markalı 90 CP 447 nömrə nişanlı avtomobilində güllələnmişdi. Qolundan yaralanan E.Bayramov Sumqayıt Mərkəzi Xəstəxanasına müraciət edərək tibbi yardım almışdı.
 
Faktı araşdıran Abşeron Rayon Polis Şöbəsi güllələyənin kimliyini müəyyənləşdirib.
 
Şöbədən Axar.az-a bildirilib ki, E.Bayramova 2 dəfə atəş açaraq onu sol qolundan yaralayan Əli Pirəli oğlu Əliyev artıq saxlanılıb. Saray qəsəbəsi, Vəli Axundov küçəsi-34-də yaşayan 53 yaşlı Əli Əliyev ifadəsində E.Bayramova yanlışlıqla atəş açdığını bildirib.
 
Ə.Əliyevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. Həmin maddə ilə Ə.Əliyev vətəndaş üzərində zor tətbiqi ilə müşayyət olunan qərəzli xuliqanlıqda ittiham olunur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar