Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda yeni “Meliorator Milyonçu”


Melorasiya və Su Təsərüfatı ASC-nin Abşeron Suvarma Sistemləri İdarəsinin (SSI) rəisi Yusif Ələsgərovla bağlı yeni iddialar ortaya çıxıb


Redaksiyamıza daxil olan məlumata görə, idarənin rəisi Yusif Ələsgərov külli miqdarda dövlətə ziyan vurma və dövlət əmlakını mənimsəməkdə günahlandırılır. 

Onunla bağlı yaxın zamanlarda araşdırmaların başlanılmasına qərar veriləcək.

Məlumatda deyilir ki, indiyə qədər Abşeron SSİ-də xeyli neqativ hal qeydə alınıb. Amma kimlərsə Yusif Ələsgərovu qoruya bilib. Belə ki, göstərilən SSİ-nin rəisi Yusif Ələsgərov bütün vasitələrdən istifadə edərək ” sükanı” saxlamağa nail olub.

Məlumata görə idarə rəisi Yusif Ələsgərovdan ASC rəhbəri Əhməd Əhmədzadəyə də dəfələrlə şikayət olunub.

Mənbə bildirir ki, Abşeronda dövlət əmlakının mənimsənilməsi və ASC-nin yerli idarəsindəki qanunsuzluqlar məhz Yusif Ələsgərovun şəxsi maraqlarından irəli gəlib.

Onun sözlərinə görə, rayonda fəaliyyət göstərən Samur-Abşeron magistral kanalların istismarı idarəsinə vaxtaşırı dövlət tərəfindən xeyli vəsait ayrılır. Yusif Ələsgərov isə yaxın dostu Möhübbət Musayevlə bu vəsaitləri öz şəxsi büdcəsi hesab edirlər. Daha doğrusu, o, özünü ASC-nin bu rayondakı bütün müəssisələrinin kuratoru hesab edir.

Bundan başqa, rayonda qış otlaqların su təminatı sistemlərinin istismarı idarələrində də özbaşınalıqların olduğu iddia edilir. Belə ki, qış otlaqları su təminatı sistemlərinin istismarı idarələri respublikanın 1025 min hektar qış otlaqlarında qışlayan mal-qaranı su ilə təchiz təchiz edir və sistemə daxil olan boru kəmərlərini, hidrotexniki qurğuları, nasos stansiyalarını və subartezian quyularının istismarı, təmiri və bərpası ilə məşğul olur. Amma Abşeronda vəziyyət tamamilə fərqlidir. Belə ki, rayonunda Qobustan qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarəsi də qanunsuzluqlardan kənarda qalmayıb.

Mənbə iddia edir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin həyata keçirilməsi zamanı isə ciddi maxinasiyalara yol verilib. Bütün bunların başında isə idarənin rəisi Yusif Ələsgərov dayanıb.

Məlumatı verən mənbə bildirir ki, yaxın günlərdə ASC-nin Abşerondakı idarəsində baş verənlərlə bağlı rəhbərliyə, şəxsən Əhməd Əhmədzadəyə yenidən şikayət olunacaq.

Qeyd edək ki, 1937-сi ildə tikintisinə başlanmış “Samur-Abşeron kanalı” 1940-cu ildə Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri olub. Abşeronda yerləşir, mənbəyini Samur çayından götürür. Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir və Ceyranbatan su anbarına tökülür. Bu da Bakı və Sumqayıt şəhərlərinin əhalisini içməli su ilə təmin etməkdə mühüm rol oynayır. (Teref.info)

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar