Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronun yeni icra başçısı kimdir? Pediatr, baş həkim, müdir və ...


Dünən prezident İlham Əliyevin sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayonuna icra başçısı təyin edilib


İcra hakimiyyətinə qadın başçının təyin olunması ictimaiyyət arasında böyük marağa səbəb olub. 

PİA.AZ xəbər evrir ki, AzNews.az saytı məsələnin aktuallığını nəzərə alaraq İradə Gülməmmədova haqda bəzi məlumatlar əldə edib. 

Həmin məlumatları təqdim edirik:

İradə Gülməmmədova Şuşada ziyalı ailəsində anadan olub. O, Şuşanın 4 nömrəli orta məktəbini bitirib. Ailədə 5 uşaq - 3 bacı, 2 qardaş olublar. Qardaşları Şuşan uğrunda gedən döyüşlərdə iştirak edib.

Tibb Universitetini bitirən İradə Gülməmmədova Abşeron Rayon Uşaq Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. Bir müddətdən sonra isə Abşeron Rayonu Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İradə Gülməmmədova 10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində çalışır. O, öncə icra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsində işləyib. Daha sonra həmin şöbə üzrə başçının müavini vəzifəsinə qədər yüksəlib.

O, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Rayonla bağlı bir neçə kitabın məsləhətçisi və tərtibatçısıdır.

İ.Gülməmmədova həmçinin YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvüdür. 

Ailəlidir, 2 övladı (1 qızı və 1oğlu) var. 

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dünən prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar