Sabah, 28 May – Respublika Günü münasibətilə Bakıda bayram şənlikləri keçiriləcək
PİA.AZ Bakı şəhər İcra Hakimiyyətinə istinadən bildirir ki, sabah müstəqillik günü paytaxtda mükəmməl şəkildə qeyd ediləcək.
"Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir", - deyə Bakı meriyası sakinlərə müraciət edib.
Qeyd edək ki, sabah Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunacaq konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.
pia.az