Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abutalıbovun maşınından qayda pozuntusu - Video


Hacıbala Abutalıbovun xidməti avtomobili kobud yol hərəkəti qaydası pozuntusuna yol verib


Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobili kobud yol hərəkəti qaydası pozuntusuna yol verib. Hadisə Nəsimi rayonu ərazisində – Səməd Vurğun küçəsində baş verib. 

Avtosfer.az saytının əməkdaşı qayda pozuntusunu kameranın yaddaşına köçürə bilib. Onun verdiyi məlumata görə, Bakı merinin “BMW” markalı, 10 AA 008 dövlət nömrə nişanlı avtomobili Səməd Vurğun küçəsi ilə üzü Bakıxanov küçəsinə hərəkətdə olarkən tıxaca düşüb. “Təzə bazar”ın qarşısından əks yola çıxan merin avtomobili Bakıxanov küçəsinə qədər “protiv” gedib. Qarşı yola çıxmağı bir yana, Hacıbala Abutalıbovun sürücüsü çoxlarının “danq-danq” siqnal kimi tanıdığı qadağan olunmuş səs siqnalından istifadə edərək kobud qayda pozuntusuna yol verməklə qəza şəraiti yaradıb.

Əməkdaşımız bildirir ki, həmin vaxt Hacıbala Abutalıbov özü də avtombildə olub və o, hansısa tədbirə tələsirmiş.

Qeyd edək ki, bu hadisə günorta saat 14:00 radələrində baş verib. Həmin vaxt Səməd Vurğun küçəsindən Bakıxanov küçəsi istiqamətində tıxac yaranıb. Yolun əks tərəfində isə sıxlıq olmadığı üçün normal hərəkət sürəti olub. Yəni, orada maşınlar 40-60 km/saat sürətlə hərəkət edirmişlər. Belə sürətlə hərəkət edən avtomobillərin qarşısına çıxan merin sürücüsü sağ-salamat Bakıxanov küçəsinə çata bilib. Əməkdaşımız isə Səməd Vurğun küçəsindəki tıxacın səbəbini öyrənə bilib. Məlum olub ki, bu küçənin Bakıxanov küçəsi ilə kəsişən nöqtəsində «Nissan Maxima» markalı nəqliyyat vasitəsi qəza törədib və əzilmiş maşın yolun hərəkət hissəsində qaldığı üçün avtomobillərin hərəkətində sıxlıq yaranıb. Bu zaman ətrafda yol polisləri olmayıb.

Qeyd edək ki, bu cür qayda pozuntuları yalnız operativ nəqliyyat vasitələri tərəfindən edilə bilər ki, bu zaman həmin nəqliyyat vasitələrinin üzərində xüsusi səs siqnalları və rənglənmə qrafikası olmalıdır. Bakı meri Hacıbala Abutalıbovun avtomobili isə operativ yox, xidməti avtomobildir və onun bu cür kobud qayda pozuntusuna yol verməsi başadüşülən deyil. Hər halda, bu əmələ görə merin sürücüsünə 100 manat və 4 cərimə balı düşür. Səs siqnalından istifadəyə görə isə 150 manat cərimə nəzərdə tutulur. 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar