Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abutalıbovun parkomatları bir işə yaramadı - Video


Yolun hərəkət hissəsində avtomobillərin park edilməsi tıxac yaradır


Paytaxt küçələrində xüsusilə günün pik vaxtında saatlarla davam edən tıxacları müşahidə olunur. 

Tıxcların ən əsas səbəblərindən biri də yol kənarında avtomoillərin qanunusuz park edilməsidir. Bəzən 3 zolaqlı yolun yalınz birində hərəkət mümkün olur. Digər ikisində isə avtomobillər park edilib. Hətta bəzi sürücülər piyadalar üçün nəzərdə tutulmuş səkiləri, avtobus dayanacaqlarını belə zəbt etməkdən çəkinmir. 

Qanunsuz parklanmanını qarşısını almaq üçün bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam imzalandı. Bir sıra küçələrdə qanuni parkomatlar yaradıldı. Amma bu da problemi aradan qaldırmadı. Avtomobillərini harada gəldi park edənlər vərdişlərindən daşındırmadı. Ən maraqlısı budur ki, cəzalandırma da sürücülərin məsuliyyətli davranmasını təmin etmir. Elə təkcə bu ilin 3 ayı ərzində 65 minə qədər sürücü inzibati məsuliyyətə cəlb edilib. 

Bu il 65 min sürücü avtomobilini qanunsuz park etdiyinə görə, məsuliyyətə cəlb olunub.

BDYPİ-nin şöbə müdiri Kamran Əliyev deyir ki, qanunsuz park edilməyə görə 62 min sürücü İnzibati Xətalar Məcəlləsinin 158-1.2 maddəsinə müvafiq olaraq, məsuliyyətə cəlb ediliblər. 2 mindən çoxu sürücü isə avtobus duracaqlarından 15 km aralıda saxladıqlarına görə inzibati məsuliyyətə cəlb olunublar.

Ekpertlər isə cəzalandırma ilə yanaşı müntəzəm nəzarətin vacib olduğunu da deyirlər. 

Ekspert Ərşad Hüseynov bildirdi ki, avtomobilləri qanunsuz dayanacaqlardan evakuator vasitəsilə aparıldıqda sürücü məsuliyyətə cəlb olunur. O təklif etdi ki, yol polisi və kameralar vasitəsilə qanunsuz parklanma göründükdə belə sürücü məsuliyyətə cəlb olunmalıdır. 

Qeyd edək ki, hazırda avtomobillərini qanunsuz park edənlər üçün 20 manat, bunu avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlar ərazisində edənlər üçün isə 40 manat cərimə nəzərdə tutulub. Amma bütün bunlarla bərabər qanunu eləcə də sürücü və piyadaların hüquqlarını pozanlar bu addımı atmazdan əvvəl etdikləri əməli düşünsələr bəlkə də nə cəzaya nə də cəriməyə ehtiyac qalar.(Ans Tv)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar