Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ad davası edən Şəbnəm xalq şairini “yorğan-döşəyə” saldı


Müğənni Şəbnəm Tapdığın ad iddiası ətrafında böyüyən qalmaqal onun atasını-xalq şairi İlyas Tapdığı özünün diliylə desək, “yorğan-döşəyə” salıb


Publika.az-a açıqlama verən Ilyas Tapdıq Şəbnəmlə bağlı yayılan xəbərlərdən narahat olduğunu bildirib:
 
“Əslində Şəbnəmi heç kim düzgün anlamayıb. Şəbnəm demir ki, bu adda olan xanımların hamısı adını dəyişsin. O, sadəcə, səhnə adamlarına irad tutur ki, öz adlarını elan edəndə soyadlarını da söyləsinlər. Yoxsa ki, Azərbaycanda heç kim Şəbnəm adını daşıya bilməz, bu, absurd fikirdir. Qızım belə qadağa qoya bilməz. Çünki heç kimin istəklərinə müdaxilə oluna bilməz. Bu söz-söhbətlərə görə əsəbiləşirəm. Özüm xəstə adamam, dava-dərman qəbul edirəm. Belə xoşagəlməz söhbətlər əhval-ruhiyyəmə pis təsir edib, səhhətimə ziyan vurub. Mən indi yorğan-döşəkdə yatıram. Televiziyaya baxan insanlar hələ bir görsünlər Şəbnəm nə deyib, ondan sonra danışsınlar”.
 
Qızının istedadından danışan ata Şəbnəmin Azərbaycan musiqisində göstərdiyi xidmətlərin əvəzsiz olduğunu deyib: “Qızım səs və ifa tərzinə görə, hamıdan seçilir. Bunu onu sevənlər gözəl bilir. Amma baxıram ki, Şəbnəmin sözünün başına ip keçirib, onu gözdən salmaq istəyirlər. Mənim qızım qalmaqallı müğənni deyil. Çünki onun sənəti var. Sənət olan yerdə heç bir qalmaqala ehtiyac qalmır”. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar