Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Əliyevdən Nardaran hadisələrinə münasibət


"Din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir"


Bunu deputat Adil Əliyev səsləndirib. 

Millət vəkili Nardaran hadisələrinə toxunaraq qeyd edib ki, ölkədə tarixən din-məzhəb zəminində qarşıdurma olmayıb:
 
“Ölkədə ictimai-siyasi sabitlik var. Azərbaycanda yaranmış sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, bu mütləq qanun çərçivəsində həll olunmalıdır”.
 
A.Əliyevin fikrincə, hüquqi dövlətdə yaşayırıqsa, hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək yolverilməzdir: “Nardaranda baş verən xoşagəlməz hadisədə şəhid olan 2 polis işçisi Vüqar Nəsibov və İsmayıl Tağıyevin yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.
 
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.
 
Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
 
İki polis əməkdaşı həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır. Həlak olan polisləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə şəhid elan edib. (axar.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar