Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyevdən prezidentə şikayət


Rayon rəhbəri 20-dən çox ailənin dolandığı ərazidə "Porsche" və "Volksvagen" avtomobillərinin satış mərkəzini tikmək istəyir


Ölkə rəhbərliyi tərəfindən Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. 

Məhz ölkə başçısının ayırdığı diqqət nəticəsində bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin əksər hissəsi öz həllini tapıb. Lakin bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bunun tam əksinə olaraq müharibə veteranlarını, əlilləri və şəhid ailələrini incitməklə məşğul olur.

Laçın rayonundan məcburi köçkün düşən Həsənov Müzəffər Məmmədxan oğlu dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib. Onun şikayəti Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdəndir. Vətəndaş deyir ki, oğlu Həsənov Elçin Müzəffər oğlu 1992-ci ildən Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində, el arasında "Razin bazarı" kimi tanınan ticarət mərkəzi ilə üzbəüz ərazidə ticarətlə məşğul olmaq üçün 567 kvadratmetr qanuni sənədlə yer alıb: "Bir qrup müharibə veteranı bu ticarət obyektindən evinə çörək pulu aparırdı. Qeyd edim ki, 2007-ci ildə bələdiyyədən aldığım qanuni sənədin də heç bir köməyi yoxdur. Çox keçmədi ki, sağlamlığını vətən yolunda itirmiş və hər an vətəni qorumağa hazır olan bu veteranlara 567 kvadratmetr ərazini icra başçısı Adil Vəliyev çox gördü. Bir çox biznes obyektlərinə, o cümlədən "Porsche" və "Volksvagen" kimi nəhəng firmaların Azərbaycandakı satış mərkəzlərinə nəzarət edən icra başçısı biz veteranların çörəyinə göz dikib. Adil Vəliyevin "qoçu" dəstələri obyektin hasarını qanunsuz olaraq söküb. İcra başçısı ağır texnikanı əraziyə yeridib hasarı yerlə-yeksan etdirdi. Rayon rəhbərinin həmin ərazini bizdən alıb yuxarıda adı çəkilən mərkəzlərin filiallarını yaratmaq istəyi biz veteranları hiddətləndirir. Prezidentin müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısı bizi yaşamağa ruhlandırdığı halda, belə məmurların veteranlara olan münasibəti yaşamaq həvəsimizi öldürür. İcra başçısı deyir ki, burda "Porsche" və "Volksvagen" avtomobillərinin satış mərkəzini tikdirəcəm gedin əliniz hara uzundur ora uzadın. Deyir lap istəyirsiniz özünüzü yandırın. Cənab prezidentin əlillərə və müharibə veteranlarına göstərdiyi diqqət göz qabağındadır. Adil Vəliyev biləndə ki, biz Laçın rayonundan olan Qarabağ əlilləriyik şəxsi mənafeyi üçün Sabunçu rayonundan olan Qarabağ əlillərini üstümüzə qaldırdı. İcra başçısı bizi keçmiş döyüşçü yoldaşlarımızla üz-üzə qoydu. Buna nə ad vermək olar? İndi hardadır o mənlik, kişilik? 

20 nəfər müharibə veteranının çörəyinə göz dikən insanlara nəyi etibar etmək olar? Onlardan nə gözləmək olar. Bizim ümidimiz yalnız prezidentimiz İlham Əliyevə və Mehriban xanımadır. Belə məmurların qanunsuz əməllərinin qarşısını yalnız onlar ala bilər. Odur ki, aşağıda adları yazılan veteranlar və öz adımdan prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edərək xahiş edirəm ki, biz veteranların çörəyinə göz dikənlərin qarşısı alınsın. Bizə öz qanuni yerimizdə fəaliyyət göstərməyimizə köməklik göstərsinlər". Qeyd edək ki, Adil Vəliyevdən prezidentə ünvanlanan şikayət ərizəsinə Həsənov Roman Müzəffər oğlu, Həsənov Faiq Qəzənfər oğlu, Həsənov Elçin Müzəffər oğlu Həsənov Osman Cümüşüd oğlu, Həsənov Adil Cümşüd oğlu Həsənov Hafiz Cümşüd oğlu, Həsənov Cabir Abbas oğlu Süleymanov Nəriman Salman oğlu, Mirzəyev Rafayıl Rəşid oğlu Fərzəliyev Rauf Silyan oğlu, Abbasov Xəlil Vəli oğlu, Sarıyev Hafiz Məcnun oğlu və Salmanov Hikmət Vaqif oğlu imza atıblar. Şikayəti araşdırmaq məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinə gün ərzində dəfələrlə zəng vursaq da, dəstəyi qaldıran olmadı. Buna baxmayaraq, icra başçısı Adil Vəliyevin də münasibətini dərc etməyə hazırıq. Ümid edirik ki, yuxarı qurumların rəsmiləri 85 yaşlı Müzəffər Həsənovun şikayəti ilə maraqlanıb ona lazımi köməklik göstərəcəklər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar