Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyevin xanım müavini Şakir Alıyevi necə «bitirib»?


Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə birinici müavini və dostu Şakir Alıyev dostluğuna, ortaqlığına digər müavini Arzu Məmmədova son qoyub


Xanım müavin apardığı araşdırmalarda Şakir Alıyevin Savalan, Pirşağı, Ramana və Kürdəxanı qəsəbələrində Adil Vəliyevdən gizli topraq satışı və ev tikintisi icazələri verməsini üzə çıxardıb.

Sabunçu rayon icra başçısı Adil Vəliyevin keçmiş müavini dostu və ortağı Şakir Alıyevlə münasibətlərinin “korlanması” məsələsi ilə bağlı AzFakt.com-a ilginc informasiya daxil olub. Məlumat verən etibarlı mənbə bildirir ki, icra başçısı ilə müavini arasındakı insdentin əsl səbəbkları əslində Adil Vəliyev tərəfindən müavin vəzifəsinə gətirilən Arzu Məmmədova olub. Belə ki, Arzu Məmmədova vəzifəyə təyin olunan kimi Adil Vəliyevin keçmiş müavini haqqında araşadırmalara başlayıb. 




Məlumata əsasən xanım müavin apardığı araşdırmalarda Şakir Alıyevin Savalan, Pirşağı, Ramana və Kürdəxanı qəsəbələrində Adil Vəliyevdən gizli topraq satışı və ev tikintisi icazələri verməsini üzə çıxardıb. 

İnformasiya mənbəmiz qeyd edir ki, Arzu xanım Şakir Alıyevin icra nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə gizli işlərini bütün detalları ilə Adil Vəliyevə məruzə edib. Bundan sonra Adil Vəliyev gizli torpaq alveri ilə bağlı Şakir Alıyevdən hesabat tələb edib. Ancaq Şakir Alıyev icra başçısına gizli şəkildə həyata keçirdiyi torpaq alverinin hesabatını verə bilməyib. Məhz bundan sonra Adil Vəliyev dostu və biznes ortağı olan Şakir Alıyev haqqında qəti qərar verib. 

Mənbəmiz iddia edir ki, Arzu Məmmədovanın apardığı “araşdırmada” Şakir Alıyevin icra başçısına nə az nədə çox təxminən 1,2 milyon manata yaxın vəsait «atdığı» üzə çıxıb. 

Qeyd edək ki, mənbə Adil Vəliyevlə Arzu Məmmədova münasibətlərinin necə yaranmasını və xanım müavinin icra hakimiyyətindəki bir çox işçiləri necə uzaqlaşdırması ilə bağlı redaksiyamıza verdiyi ilginc məlumatları növbəti günlərdə oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(azfakt)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar