Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyevin “Qara qutusunun“ icra başçısı olmaq “xəyalı”

Və yaxud Sabunçunun "15 ildir külüng" çalan "kommunxozu" və xaraba qalan Sabunçu küçələrindən mənimsənilən milyonlar


Sabunçu rayon Kommunal Təsərrüfaft İdarəsinin müdiri Oruc Əhmədovla bağlı AzFakt.com-a ilginc informasiya daxil olub 

Belə ki, 15 ilə yaxındır idarə müdiri vəzifəsində işləyən və icra başçılarını bir-bir “yola salan” Oruc Əhmədov bu dəfə özü icra başçısı getmək istəyir. 

Mənbəmiz iddia edir ki, idarə müdiri icra başçısı vəzifəsinə təyinat almaq üçün dəridən-qabıqdan çıxır və iqtidardakı bir neçə məmurdan bu məsələ ilə bağlı dəfələrlə xahiş edib. Hətta idarə müdiri ətrafındakılara açıq aşkar deyib ki, onun sənədləri bir neçə dəfə Prezident Adminstrasiyasına göndərilib. Lakin hansısa bilinməyən səbələrdən Oruc Əhmədovun “arzusu” gözündə qalıb. 

Məlumatda qeyd olunur ki, idarə müdiri Sabunçu rayonunda işlədiyi müddətdə özünə külli miqdarda var-dövlət, mülk əldə edib. Artıq Oruc Əhmədovun gözündə Sabunçu Kommunal Təsərrüfat İdarəsi o qədər böyük bir təşkilat kimi görünmür. İdarə müdirinin Adil Vəliyevlə dil tapdıqdan sonra Kommunal Təsərrüfat İdarəsinin xətti ilə icra başçısına da xeyli "xeyir" verdiyi deyilir. Hazırda isə Oruc Əhmədov Adil Vəliyevin "qara qutusu" olaraq bilinir və Sabunçunun icra başçısının əsas maliyyə oliqarxlarından biri hesab olunur.

Məlumatlı mənbənin iddiasına görə Oruc Əhmədov dövlətin hesabına o qədər pul əldə edib ki, şəhərin müxtəlif yerlərində fərqli-fərqli qiymətlərə ev, obyekt, Şamaxı, Quba rayonlarında villalar belə inşa etdirib. Hətta Sabunçu Kommunal Təsərrüfat İdarəsinin yaxınlığında yerləşən bir evi təmir etdirərək boş vaxtlarını orada keçirtməyə üstünlük verir. İdarə müdiri yaxın bir dostuna “Hunday” markalı cip maşınıda bağışladığı gəzən söhbətlər arasındadır. 

15 ildir Kommunal Təsərrüfat İdarəsinin müdiri vəzifəsində çalışan Oruc Əhmədovun Sabunçunu xaraba qoyan əsas məmurlardan biri olduğu bildirilir. Məlumatda bildirilir ki, Bakıxanov və Sabunçu qəsəbələrinin küçələrinə ani olaraq baxış keçirildiyində hər şey özü-özünə aydın olur. 

Oruc Əhmədov Sabunçu icra başçısının dəstəyi ilə hansısa bir rayona icra başçısı təyin ediləcəyini və buna görə Adil Vəliyevə sanballı bəxşişdə verdiyini bir neçə dəfə ətrafına deyib. Ancaq görünən odur ki, hələki Oruc Əhmədovun icra başçısı getmək həvəsi onun xəyallarında baş verir. 

Qeyd edək ki, Sabunçu rayon Kommunal Təsərrüfat İdarəsi müdiri Oruc Əhmədovla bağlı saytımıza daxil ilginc informasiyaları araşdırdıqdan sonra yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. İdarə müdiri işlədiyi dövrlərdən bəri nə qədər mülk, obyekt, neçə milyon manat pul yeyib, Qaraçuxur qəsəbəsindəki qiyməti milyonlarla ölçülən imarət , Razin talkuşkasındakı mağazalar, Sabunçudakı gözəllik salonu və sair işlərlə bağlı yaxın günlərdə...

Yazıda adı keçən tərəfin mövqeyini verməyə hazırıq.

Rəqsanə (azfakt.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar