Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aeroport yolunun “avtoş”ları - Video

Hər gün paytaxt küçələrində at oynadan “avtoş”lar yenidən aktivləşiblər


Əslində həmişə var idilər, lakin əvvəl onların əməllərindən bir özləri, bir də polis əməkdaşları xəbərdar olurdusa, indi sosial şəbəkələr vasitəsilə xalqa da öz əməllərini nümayiş etdirirlər. Bəs polis əməkdaşları bu “avtoş”ların qarşısını almaqda niyə maraqlı deyil?

Bu aeroport yolunda iki bahalı avtomobilin sürət yarışını əks etdirən həvəskar görüntülərdir. Hövsan yolunda yarışa çıxan avtomobillərdən biri “BMV X6”-nın sürəti saatda 240 kilometrdən də yüksək olub.

Bu yolda təxminən bir ay əvvəl xalq artisti Ağasəlim Abdullayevin olduğu avtomobili bax beləcə ötüşən bahalı avtomobillərdən biri vurmuşdu və nəticədə 2 nəfər ölmüşdü.

Kim bilir, bəlkə də televiziya kanalları qəzaya səbəb olan “Mersedes Qalenvagen” markalı avtomobilin sürücüsünü göstərməsə idi, bu qəzanı törədənlər də cəzasız qalacaqdı. Necə ki, həmin yarışda iştirak edən bahalı avtomobillərin sahibləri cəzadan yayına bildilər.

Bakı Şədər Yol Polisi avtoxuliqanlarla mübarizə apardığını elan edir. Amma hansı avtoxuliqanlarla. Yol polisi avtomobilin saxlamağa çalışdığı maşınların hamısı qiyməti elə də baha olmayan “VAZ 2107”lərdir. Onların arasında niyəsə bir dənə də bahalı maşın yoxdur. Amma yol polisi heç bu “VAZ 2107”lərin də öhdəsindən tam gələ bilmir. Əhalinin yol polisinə olan münasibətini isə bu qaçdı-qovduya tamaşa edənlərin kimi alqışlamasından aydın olur.

Bakı Şəhər Yol Polisi İdarənin bölmə rəisi Vaqif Əsədov ilin əvvəlindən bu günə qədər 135 “avtoş”un saxlanılaraq barələrində cəza tədbirləri görüldüyünü vürğuladı: "Avtoxliqanlıqla bağlı mübarizədə cəmiyyətimizin hər bir üzvü müdarizə aparmalıdır. Təkcə yol polisi deyil, ağsaqqallar və valideynlər də sözlərini deməlidirlər. Sözsüz ki, tərəfimizdən təsirli tədbirlər görülüb, hazırda “avtoş”luq edənlərə 3 aylıq cəza təyin olunub”.

Vətəndaşlar isə Bakının yol polisinin avtoxuliqanlara, özü də ki, istisnasız olaraq bütün “avtoş”lara qarşı daha effektiv mübarizə aparacağını gözləyir. Çünki polisin müşahidə kameraları qarşısında ötüşən bahalı avtomobil sahiblərinin cəzasız qalması cəmiyyətdə mənfi reaksiya doğurur.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar