Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika İttifaqının mənzil-qərargahında təntənəli 28 May tədbiri keçirilib


Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən və Afrika qitəsinin 54 ölkəsini özündə birləşdirən Afrika İttifaqının mənzil-qərargahında 28 May – Respublika Günü təntənəli şəkildə qeyd edilib


Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi, Afrika İttifaqının Qadınlar, gender məsələləri və inkişaf üzrə baş idarəsinin rəisi Leyla Ben Əli, Afrika İttifaqı Komissiyasının Protokol İdarəsinin rəisi Simon Abala, Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən baş nazirin müşaviri Dr. Fasil Nahom, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, diplomatları, ölkənin aparıcı media nümayəndələri və Azərbaycan ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunları iştirak ediblər.
 
Azərbaycan, Efiopiya və Afrika İttifaqının himnlərinin səslənməsi ilə başlanmış tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu qeyd edərək, onun Azərbaycan üçün xüsusi tarixi önəm daşıdığını bildirib. 

Azərbaycanın hər bir sahədə əldə etdiyi uğurlardan və dinamik inkişafından danışan E.Abdullayev prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirildiyini qeyd edib. Ermənistanın işğalçılıq siyasətindən bəhs edən səfir Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dünya ictimaiyyəti və mötəbər beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qonaqların diqqətinə çatdırıb.
 
Tədbir zamanı Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və iştirakçılara milli mətbəxin təamları təqdim olunub. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar