Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrin əməliyyatından 1 ay ötdü


Türkiyə əsas hədəfə yaxınlaşır


Toğrul İsmayıl: “Bizdə olan bilgilərə görə, əməliyyat ordunun və dövlətin planladığı şəkildə davam edir”.

Türkiyə Silahları Qüvvələrinin  PKK, YPG və İŞİD terrorçularına qarşı Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatının bir ayı tamam oldu. Bəllidir ki, Türkiyə bu bölgədə müharibə deyil, antiterror əməliyyatı aparır. Ona görə də qardaş Türkiyənin ordusu əhaliyə zərər verməmək üçün çox ehtiyatlı davranır, yavaş hərəkət edir və tam gücündən istifadə etmir.

1 ayda 1500-dən çox terrorçunun məhv edildiyi bildirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afyon şəhər təşkilatının konfransında xalqa müraciət edib və Afrin hərəkatı mövzusunda açıqlama verib. Ərdoğan əməliyyatları nə zaman yekunlaşacağı barəsində də danışıb. O gənclərə müraciət edərək bildirib ki, Baş Qərargah rəisimiz Afrinə müraciət etdiyi zaman əvvəl mən gedəcəyəm, sonra siz gələcəksiniz: “Nə deyirdik? Bərabər gedirik biz bu yollarda. Biz həmişə səbir etdik. Ancaq sərhədlərimizdə həddinizi bilin. Bizi Hatayda, Kilis, Mardində narahat edirsiniz ki, həddinizi bilin. İçəridəki terrorçulardan 40 il çox çəkmişik. Amma bu səbrin bir sonu var. Bıçaq sümüyə dirəndi. Afrində hər keçən gün qələbəyə yaxınlaşırıq. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Suriyalı qardaşlarımızın evlərinə qayıtmasını istəyirik. Tez ya da gec Afrin əməliyyatı bitəcək”.


Bölgədə aparılan əməliyyatlarda ABŞ-la Türkiyənin qarşı-qarşıya olduğu söylənilirdi. Lakin ötən günlərdə Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransı zamanı əməliyyatla bağlı bəzi  məsələlərə toxundu. O bildirdi ki, bu mərhələdən sonra Türkiyə ilə birgə addımlar atacağıq: “Biz bərabər şəkildə Suriyadakı bütün problemləri qiymətləndirəcəyik. Birgə addımlar atacaq, İŞİD-ə qarşı mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Bizi qarşıda böyük işlər gözləyir. Vaxt itirmək olmaz”.


Son bir ayda aparılan əməliyyatları dəyərləndirən Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a bildirdi ki, əməliyyatların tempi yavaşdır və bunun bir neçə səbəbi var: “Birincisi, Əlbabdan fərqli olaraq bu bölgənin relyefi dağlıqdır. İkincisi, burada aparılan əməliyyat daha həssasdır. Çünki dünya  ictimaiyyətinin gözü məhz bu əməliyyatlardadır və bəhanə tapıb, Türkiyəni hər cür tənqid etməyə hazır olan qruplar var. Buna görə də Türkiyə həssas davranır. Nəticədə isə ötən günlər ərzində hər hansı ciddi diplomatik skandal və digər buna oxşar hal yaşanmayıb. Ona görə də bu cür həssaslığı, yavaş hərəkəti anlamaq lazımdır. Bundan başqa isə işin içərisində Rusiya, Amerika da var. Ona görə də hərbi əməliyyatla birlikdə bunun diplomatik tərəfi də düşünülür. Bizdə olan bilgilərə görə, əməliyyat, ordunun və dövlətin planladığı şəkildə davam edir. Təbii ki, Türkiyə ordusunun da itkiləri var. Kaş ki, şəhidlərimiz olmasaydı. Ancaq yox edilən terrorçu sayı ilə bunu müqayisə etdikdə görürük ki, terrorçuların itkisinin sayı daha böyükdür. Ümumilikdə aparılan əməliyyatı qənaətbəxş saymaq olar. Görürük ki, orada alt keçidlərlə gücləndirilmiş istehkam qurğuları var. Həmçinin terroristlər burada yeni taktikadan istifadə edirlər ki, bunu da Türkiyə ordusu bilirdi. Belə ki, terrorçular mülki geyimlər geyinərək, sadə vətəndaşların arasına qarışırlar. Daha sonra oradan hücuma keçirlər. Bütün bunlar da öncədən bilinirdi və terrorçular məhv edilir”.


İsmayıl bu məsələdə Türkiyə-Amerika münasibətlərinin hazırkı anı barəsində də danışdı: “Amerika bölgədə öz planlarını həyata keçirir. Bu plan içərisində Türkiyəyə yer ayrılmış deyildi. Əksinə, quru hərəkatında terrorçu kürd qruplarına üstünlük verildi. Burada isə Amerika ilə Türkiyənin arasında münaqişə yaranırdı. İndi Tillersonun açıqlamasını belə şərh edə bilərik ki, ABŞ öz NATO müttəfiqi ilə əlaqələri pozmaq istəmir və Türkiyənin həssaslığını nəzərə alacaq. Bundan öncəki açıqlamalara diqqət etsək görərik ki, Amerika tərəfi bəzən gülməli, ironik açıqlamalar verib. Burada Türkiyə üçün əsas həssas məqam PYD ünsürlərinin Mənbicin şərqinə keçirilməsi, oranın təmizlənməsi məsələsidir. Amerika bunu edərsə, Türkiyə ilə münasibətlər təkrar normal hala gələcək. Yoxsa yenə də münasibətlərdə kritik vəziyyət yaranacaq. Son bir ay ərzində Rusiya-Türkiyə münasibətləri isə hələ ki, qaydasında gedib. Diqqət edirik ki, Afrin əməliyyatı ilə bağlı Rusiya tərəfi çox da sərt mesajlar vermir.



Sakit, sükutlu dəstək var. Hətta son olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında Amerikanın günahı olduğu bir daha təkrarlandı. Dolayısilə bu gün Türkiyə-Rusiya münasibətləri hər iki tərəfin istədiyi şəkildədir. İki ölkə arasında münasibətlər çox ciddi şəkildə inkişaf etməkdə davam edir. Bu inkişafın arasında biz daha başqa məsələləri də gözdən qaçırmamalıyıq. Belə ki, enerji sahəsində anlaşmalar, ”Türk axını" məsələsi, “Qazprom”a verilən imtiyazlar, vergidən azad olunmalar göz önündədir. Eyni zamanda Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində də işbirlikləri müşahidə olunur. “S-400"lərin alınması, ikili münasibətlərin inkişafı gündəmdədir. Burada bir yanlış düşüncə də var. Belə ki, Türkiyə-Rusiya münasibətlərini sanki Amerika-Türkiyə əlaqələrinin korlanması, yaxşılaşması fonunda dəyərləndirirlər. Bu, doğru deyil. Hər iki məsələ fərqlidir. Yəni Türkiyə həm Amerika, Qərb, həm də Rusiya ilə münasibətləri qurmağa, yaxşılaşdırmağa çalışır, tamamilə müstəqil, çoxşaxəli siyasət aparılır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar