ABŞ hökuməti İstanbulun Atatürk hava limanında törədilən terror aktına münasibət bildirib
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Coş Ernest terror aktını qınayıb.
O deyib ki, ABŞ onlarla insanın öldüyü və yaralandığı xain terror hücumunu ən sərt şəkildə pisləyir: “Terror təhdidi ilə mübarizəmizi davam etdirdiyimiz bir zamanda, dost və müttəfiqimiz olan Türkiyəyə sarsılmaz dəstəyimizi əsirgəməyəcəyik”.
ABŞ-ın dövlət katibi Con Kerri isə bildirib ki, Birləşmiş Ştatlar İstanbul terrorunun kimlər tərəfindən törədildiyini araşdırır: “Biz bu qanlı terror aktının kimlər tərəfindən törədildiyini araşdırırıq”.
pia.az