Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdə xroniki qanqaraçılıq salan araşdırmaçı



Adı çox doğmadır


O addan ölkəmizdə də minlərlə var. Ancaq soyadı yaddır, ölkəsi uzaqdır. Bir də onun peşəsi bizə, bu sətirlərin müəllifinə doğmadır. O, dünya jurnalistlərinin ustadı Seymur Mayron Herşdir. Qısaca Seymur Herş.

Cənab Herşin hazırda 78 yaşı var, ancaq 28-38 yaşlı jurnalistlər qədər məhsuldar və cürətlidir. Onun qələmindən çıxan hər bir sətir dünya miqyaslı sensasiya yarada bilər. 
Bir neçə gün öncə böyük həmkarımız elə bir məqalə yazıb ki, bu məqalə demək olar ki, dünyanın bütün ölkələrində yayılıb, beynəlxalq sensasiya doğurub və yaranmış ajiotaja görə Ağ Ev açıqlama yaymaq zorunda qalıb.

Seymur Herşin son iddiası “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsi ilə bağlıydı. Jurnalist iddia edirdi ki, bin Laden əvvəlcədən Pakistan kəşfiyyatının əlində, nəzarətində olub və onu lazım olduğu anda məhv ediblər. Məqsəd Obamanın ikinci müddətə prezident seçilməsinə nail olmaq, onun üçün parlaq piar təşkil etməkmiş.

Əslində cənab Herşin toxunduğu bu məsələ, bin Ladenin öldürülməsi xəbəri yayılan gündən gündəmdəydi, müzakirə olunurdu. Bu hadisənin, bin Ladenin qətlinin mübhəmlik haləsinə bürünməsi, Obamanın böyük bir təntənə ilə, şir öldürmüş qəhrəman kimi xalqa müraciət etməsi, 1 nömrəli terrorçunun nəşinin okeana atılması iddiası və sair və ilaxır xüsusatlar əsl araşdırma mövzusuydu. 

Hələ o zaman bir çoxları qeyd edirdi ki, Amerika jurnalistləri bu məsələni belə qoymayacaqlar, mütləq araşdıracaq, həqiqəti ortaya çıxaracaqlar. Bu işin dalına düşəcək şəxslərdən birinin də Seymur Herş olacağı təxmin edilirdi. Göründüyü kimi, jurnalistlik karyerasına başladığı vaxtdan bəri dəfələrlə Ağ Evin, Pentaqonun, Dövlət Departamentinin başını ağrıtmış jurnalist 78 yaşında da edəcəyini edib.

İndi Ağ Ev administrasiyası məşhur jurnalistin yazdığı məqalədəki mülahizələri təkzib etməyə çalışır. Eyni zamanda S.Herş bildirir ki, yazdıqlarının hamısı sənədlərə əsaslanır, yəni havayı söz yazmayıb. 

S.Herş öz şöhrətini ABŞ-ın Vyetnamda apardığı müharibədə qazanıb. O zaman o, ölkəsinin Vyetnamda hərbi cinayətlərə yol verdiyini sənədlərlə faş edib. Bundan sonra S.Herş dəfələrlə ABŞ dövlətini və ayrı-ayrı prezidentlərin administrasiyasını ittiham edən yazılar dərc etdirib. ABŞ-ın İrana, Çiliyə qarşı pəstəhalarından yazıb, MKİ-nin muzdlu qatillərini ifşa edib. Lap axırıncı dəfə  o, ABŞ hərbçilərinin İraqdakı “Əbu-Qreyb” həbsxanasında əsirlərlə amansız davranışından bəhs edən material hazırlayaraq dünya miqyaslı qalmaqal yaradıb.

Onu əlbəttə ki, dövlət maraqlarına qarşı olmaqda, ABŞ-ın milli mənafeyini nəzərə almamaqda da ittiham ediblər, ancaq Seymur Herş üçün əsas məsələ həqiqət və ədalətdir. O, dünya hegemonu olan dövlətin - ABŞ-ın ədalətli siyasət yeritməsini, insan haqlarından danışa-danışa əsirlərə qarşı qəddarlıq etməməsini, işgəncələrə göz yummamasını, şərait yaratmamasını istəyir. 

Ölkəmizdə bir çoxları, xüsusilə də media sektorunda olanlar Seymur Herşin yaradıcılığını diqqətlə izləyirlər. Bir çoxları umur ki, keşkə bizdə də onun kimi jurnalistlər olaydı, onun kimi işləyəydilər. 

Ancaq unudulur ki, Seymur Herş kimi böyük və bacarıqlı jurnalist yalnız böyük dövlətlərdə, açıq və demokratik dövlətlərdə yetişə bilər. 

Seymur Herş Rusiyada fəaliyyət göstərsəydi, Listyev kimi güllələnər, Anna Politkovskaya kimi məhv edilərdi.

O, Türkiyədə olsaydı, Emil Çölaşan və Yılmaz Özdil kimi işlədikləri qəzetlərdən prezidentin, baş nazirin göstərişinə əsasən işdən çıxarılar, sıfırdan başlayan yeni və şöhrətsiz bir qəzetdə güclə iş tapardı. 

Seymur Herş Azərbaycanda doğulub işləsəydi, ya Elmar Hüseynov kimi evinin girəcəyində güllələnərdi, ya Avropaya mühacirətə getməyə məcbur olardı, ya özünü zaman-zaman tormozlayaraq, yazdıqlarına senzura qoya-qoya çalışardı, ya adaşı Seymur Həzi kimi heç nə üstündə həbsə düşərdi, ya da başqa bir adaşı Seymur Baycan kimi eyzən qadın-kişi münasibətlərinin özəlliklərindən bəhs edən yazılar yazardı.

Nə yaxşı ki, dünyada Seymur Herş var, nə yaxşı ki, o, 78 yaşında belə həqiqət axtarışındadır və dünyanı idarə edənləri izahat verməyə məcbur edir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar