Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ xalatlı qəssablar-2


Fikrət Fərəməzoğlu yazır


Sizcə, kimdir şərəfsiz: həqiqətləri yazan bizlər, yoxsa, savadsızlığınız üzündən insanların qatilinə çevrilmiş sizlər? 

Hələ bir müddət əvvəl şahidi olduğum mənzərədən təsirlənib, Azərbaycanda səhiyyənin hansı acınacaqlı vəziyyətdə olduğu barədə yazmışdım. Yazmışdım ki, ölkəmizdə əksər həkimlər həkimdən daha çox, qəssab funksiyasını həyata keçirirlər. Çünki ortada yetərli qədər çox adi vəziyyətlərdən dolayı ölüm halları var. Üstəlik, bu ölüm hallarının hamısında həkim savadsızlığının rolu böyükdür. 

Dünən də xəbər yayılıb ki, bəs, bir qrup «ağ xalatlı qəssab» sosial şəbəkələrdə jurnalistləri təhqir ediblər. Səbəb də bir müddət əvvəl döyülərək, ağır bədən xəsarətləri almış həmkarımız Rasim Əliyevin xəstəxanada dünyasının dəyişməsində həkiminin rolunun olmasıdır. Yəni, iki-üç insan qəssabı savadsız bir həkimin «əməyi» sayəsində dünyasını dəyişmiş jurnalisti deyil, onu öldürən həkimlərin müdafiəsinə qalxıb. 

Həmin «həkimciyəz»lər hətta xeyli irəli gedərək bizi, yəni jurnalistləri «zurnalist», «şərəfsiz» də adlandırıblar. Mən bu savadları qıcqırmış adamlara hər hansı bir cavab yazmaq istəmirdim. Amma zərurət odur ki, toplu halda qəsdimizə dayanmış «ağ xalatlı qəssab»lara isbat etmək istədiyim bəzi məqamlardan dolayı vaxt itkisinə razı oldum. 

İlk öncə «Xəstə ölər də» deyiminə. Bəli, tibb elmi dünyada hər nə qədər inkişaf etsə belə, yenə də ölümə çarə tapa bilməyib və tapa biləcəyi də mümkün deyil. Çünki ölüm Allahın əmridir və onu indiyə qədər kimsə poza bilməyib. 

Amma ölümün də növləri var. Rasim Əliyev 5-6 vicdanını itirmiş şəxs tərəfindən döyülmüşdü. Vaxtında xəstəxanaya çatdırılmışdı. Deyilənlərə görə, müayinə də olunub. Ancaq nə məsələdirsə, döyüləndən bir gün sonra halının pisləşməsi səbəbindən dünyasını dəyişməli oldu. Özü də daxili qanaxmadan. 

Əvvəla, necə müayinə aparılıb ki, Rasim Əliyevin daxili qanaxmasından bir gün sonra xəbər tutulub? Və ya o necə müayinədir ki, xəstənin halının pisləşməsindən sonra həkim məsələdən xəbər tutaraq, cərrahiyyə əməliyyatı keçirir? Bizə ağzına gələni deyənlərə cavab: Sizcə, şərəfsiz kimdir? Vaxtında müayinə aparmayan, pulsuz xəstə olduğuna görə ümumiyyətlə, adam yerinə qoyulmayan və ya həkimin savadsızlığı üzündən dünyasını dəyişən jurnalist, yoxsa, bu işləri həyata keçirməyə borclu olan həkim və ya həkimlər? 

Bizi təhqir edən həmin «ağ xalatlı qəssablar» əgər bu qədər bilikli, elmli, işinin ustasıdırlarsa, o zaman son 2-3 ildə İrana və Türkiyəyə müalicə üçün gedənlərin sayı niyə 1 milyondan çoxdur? Və hal hazırda da bu axın niyə davam edir? Bəlkə, şərəfsizliyi burada axtaraq? Olmaya siz «peşəkar», «ağıllı», «dərrakəli» həkimlərin savadsızlığının nəticədir bu? 

Bəli, Azərbaycan səhiyyəsi batıb. Yoxdur. İldə milyonlarla manat xərclənən, ən müasir texnologiya və avadanlıqla təhciz olunan səhiyyəmizin belə dəhşətli duruma düşməsinə səbəb nədir? Bizə çamur atan həmin həkimlər nə zaman özlərində zərrə qədər cəsarət tapıb, etiraz ediblər? Ümumiyyətlə, buna risq edə bilərlərmi? Edə bilməzlər. Ona görə ki, onlar da insan həyatları ilə oynayan sistemin nökərləridirlər. 

Aydın məsələdir ki, Azərbaycanda milyardlarla manatlıq tibbi avadanlıq və ya texnologiya olsa belə, ortada savadlı həkim yoxdursa, nəticə sıfra bərabər olacaq. Əmiraslanovun Tibb Universitetində normal təhsil almaq mümkünsüzdür. Əgər bir təhsil ocağında, özü də insanların sağlamlığının keşiyində duran bir sahənin elm mərkəzində anatomiya fənni üzrə imtahan üçün rüşvət alınırsa, oradan çıxacaq «mütəxəssis»in hansı səviyyədə olduğuna düşünmək çətin deyil. Bunu tam əminliklə deyirəm ki, Azərbaycan Tibb Universitetində təhsil almış şəxslərin böyük əksəriyyətini xaricdə baytar kimi belə işə götürməzlər. Bunun əyani misalı kimi, İran Təhsil Nazirliyinin ATU-nun diplomunu tanımamasıdır. Və ən əsası komissiya qarşısında imtahan verən Bakıda oxumuş iranlı tələbələrin heç biri standartlara cavab verməmək bir tərəfə, heç normal qaydada suallara cavab tapa bilmirlər. 

İndi bizi təhqir edən həmin «mələk»lərin ATU-da təhsil aldığını bildiyimizdən, onların hansı səviyyədə alim və dahi olduqlarını müəyyən etmək çətin deyil. Və onlar üçün bir xəstənin ölməsi sıradan bir haldır. Ona görə ki, aldıqları təhsil belələrinə həkim olmağı deyil, insan qəssabı olmağı öyrədir. Və qəssab təfəkkürü ilə ATU-nu bitirənlərin də jurnalistə «zurnalist», «şərəfsiz» və ya «xəstə ölər də» deməsində, təəccüblü heç nə yoxdur. Səbəbi də budur ki, insanların ölümünə sevincək düşən belələri öz zibillərini ört-basdır etmək üçün ən son variantda savadlarını və tərbiyyələrini ortaya qoymalıdırlar. 

Və ya özü həkim olub, amma tibb sahəsinə nəzarəti çoxdan əldən vermiş bir nazir səhiyyəni necə idarə edə bilər ki? Xəstəxanalarda tüğyan edən rüşvət, həkimlərə aylıq haqların qoyulması, tibbi təhsilin bərbad halda olması, həkim deyil, qəssab yetişdirməsi, korrupsiya və sairə gözümüzün qarşısında olanlardır. Bir də gözümüzdən iraqda baş verənləri də düşünsək, o zaman durumun daha faciəvi olduğunu görmək olar. Aydın məsələdir ki, belə nazirin, belə bir sistemin kadrları elə «xəstə ölrə də» deyəcək savada malik olmalıdır. 

Sonda bir haşiyəyə çıxıb, yazını yekunlaşdırıram. Təbrizdə məşhur klinikaların birindəydim. Tanıdıım həkimlərdən biri ilə görüşmək üçün gəlmişdim. Xeyli sayda Bakıdan və rayonlardan gəlmiş insanlarımız növəyə yazılmışdılar. 5 dəqiqə keçmədi ki, tanış həkim rəngi ağarmış vəziyyətdə otağından çıxıb qışqırdı: «Bakıdakı həkimlər həkimdirlər, yoxsa qəssab? Bu yaşlı arvadın günahı nədir ki, onun böyrəyində daş olduğu halda, iki dəfə bağırsağını kəsərək götürüblər?». 

P.S. Bizi «topun» qabağına qoyub, adımıza adlar yazan «ağ xalatlı qəssab»lara son sözüm: Biz jurnalistlər ölkədə baş verən neqativ hallardan və digər məsələlərdən yazmaqla cəmiyyətimizi xəbərdar edir, onu maarifləndirməyə çalışırıq. Və yazdıqlarımız indiyə qədər kimsənin ölümünə səbəb olmayıb. Amma sizlərin yanlışları üzündən milyonlarla insan xaricə müalicəyə gedir, pulu olmadığı üçün müayinə etmədiyiniz Rasim Əliyev kimlər hər gün dünyasını dəyişir. Sizcə, kimdir şərəfsiz: həqiqətləri yazan bizlər, yoxsa, savadsızlığınız üzündən insanların qatilinə çevrilmiş sizlər? (jam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar