Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağasəlim Abdullayev məhkəməyə getmədi


Xalq artisti: “Prezidentə güvənirəm, ona ən ağır cəza veriləcək”


"Bu gün baş verən hazırlıq prosesinə dəvət olunsam da, özümü yaxşı hiss etmədiyimdən getmədim"

"Ailə üzvlərimdən də heç kim orada iştirak etmədi. Hazırlıq prosesi olduğundan mənim orada iştirakım o qədər də əhəmiyyətli deyildi."

Bu barədə Modern.az-a ailəsində faciəyə səbəb olan məmur övladı Xalid Mədətovun törətdiyi qəza ilə bağlı başlanan məhkəmə prosesindən danışarkən xalq artisti Ağasəlim Abdullayev məlumat verib. Onun sözlərinə görə, Xalid Mədətovu dövlət məsuliyyətə cəlb edib: “Bu səbəbdən də dövlətimə, prezidentimə güvənirəm ki, layiq olduğu, ən ağır cəzasını alacaq”.

Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.

Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan məmur oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar