Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağcabədidə "Qrad" raketinin döyüş başlığı tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 26-da Ağcabədi rayonunun Minəxorlu kəndində əkin sahəsində partlayış yerinə baxış keçiriblər. Nəticədə bir ədəd partlamamış hərbi sursat – “9M22U” ("Qrad") raketinin döyüş başlığı aşkar edilərək götürülüb. Ümumilikdə 3 min kvadratmetr ərazi yoxlanılıb


ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, qurumun ekspertləri, həmçinin rayonun Muğanlı kəndi ərazisində, Qar-Qar çayı sahilində bir ədəd partlamamış hərbi sursat – “BK14-M” 125 millimetrlik tank mərmisi aşkarlayıblar. Daşınması mümkün olmadığı üçün mərmi partlayış yolu ilə məhv edilib. Nəticədə 12 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumiyyətlə, ANAMA tərəfindən aprelin 7-dən iyunun 26-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 26 fermaya, əkin sahələrinə və çaxır zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1551 partlamamış hərbi sursat, piyada əleyhinə 14 mina, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərlə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar