Azərbaycanda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 27-də Ağcabədi rayonunun İmamqulubəyli kəndində qeydə alınıb.
Kənd sakinləri Leyla Zeynalova, oğlu Babək, qızı Aytən və qohumu Malik Zeynalov qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
pia.az