Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda müəllimi döydüyü iddia edilən direktor danışdı

Ağdam rayonunda Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayevi döyməsi barədə məlumatlar yayılan rayonun Baharlı kənd orta məktəbinin direktoru Fəqan Səfərov Trend-ə açıqlama verib


Məktəb direktoru bildirib ki, məsələdən məlumatı olmayıb: 

"Problem artıq həllini tapıb. Bu işdə mənim adım qəsdən hallandırılmışdı və həmin şəxsin kimliyi də məlumdur. Həmin şəxsi məhkəməyə vermək üçün sənədlər hazırlayıram. Hadisə başqa cür olub. Şirazi müəllimlə mənim qardaşım arasında torpaq sahəsində mübahisə yaranıb və onlar dalaşıblar. Şirazi müəllim də həmin vaxt əsəbi olduğu üçün şikayət edib. Bəzi şəxslər isə bunu bilərəkdən ölkə telekanallarından birinin Ağdamdakı bölgə müxbirinə məlumat verib və bildiriblər ki, guya Şirazi müəllimi mən döymüşəm.

İş araşdırıldı və məlum oldu ki, hadisədə mənim heç bir günahım yoxdur, Şirazi müəllimlə qardaşım dalaşıb. Artıq polis tərəfləri barışdırıb və məsələ həll olunub".

Xatırladaq ki, Səfərli kənd orta məktəbinin direktor müavini Ş.Ağayevin məktəbin müəlliməsi Şahnaz Əliyevanın dərsi icazəsiz tərk edib evə getməsi barədə məktəb direktoruna və müəllimənin həyat yoldaşı, Baharlı kənd orta məktəbinin direktoru F.Səfərova məlumat verməsi, məktəb direktorunun da buna görə Ş.Ağayevi döyməsi barədə məlumat yayılmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar