Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamın icra başçısı orta məktəb direktorlarına racon kəsib... - İttiham

Bildiririk ki, Ağdam rayon Təhsil Şöbəsinə Mətanət Misirxanova 20.11.2015-ci il tarixdə müdir təyin olunduqdan sonra İcra Başçısının təlimatına əsasən məktəb direktorlarının vəzifəsindən götürülməsi prosesi başlanıb


Bu barədə rayondakı mənbələrdən daxil olan informasiyada deyilir.

Xəbəri verən mənbənin dia.az-a çatdırdıqları: “27.11.2015-ci il tarixdə rayonun Hacıturalı kənd orta məktəbinin direktoru Sevil Qarayeva RTŞ-nin müdiri Mətanət Misirxanovanın əmrinə əsasən direktor vəzifəsindən azad edilib. Məlumat üçün bildirək ki, Mətanət Misirxanova RTŞ-nin müdiri olması üçün xərclədiyi 250 min manat pulu qısa vaxta toplamaq məqsədi ilə məktəb direktorlarından 1000 manatdan pulun gətirilməsi üçün tapşırıq verib. Tələb olunan məbləğ verilməsə Hacıturalı kənd orta məktəbinin direktoru Sevil Qarayeva kimi vəzifəsindən götürüləcəkdir. 

Qeyd edək ki, Raqub Məmmədov Ağdama İcra Başçısı təyin olunduğu 2 il ərzində 10-dan artıq məktəb direktoru müxtəlif yollarla şantaj edilərək pulları alınmaqla yanaşı tutduğu vəzifələrindən azad edilmişlər. Bunlara misal olaraq Baharlı-2 qəsəbə orta məktəbinin direktoru Elməddin Məmmədovu, Hacıturalı kənd orta məktəbin direktoru Sevil Qarayevanı 71 saylı məktəbin direktoru Nailə Rüstəmovanı misal çəkmək olar. 

Məlumat üçün bildirək ki, Nailə Rüstəmovanın yaxın qohumu yüsək çinli məmur olduğundan onun pulunu almaqla kifayətlənmişlər. Qeyd edək ki, Ağdam RTŞ-nin müdir əvəzi işləmiş Rahil Allahverdiyev adı olub özü olmayan 85 saylı, 93 saylı, 95 saylı, 108,109 saylı məktəblərdən 3 min manatdan pul alaraq həmin məktəblərin hazırda da fəaliyyət göstərməsinə şərait yaratmışdır”. 

Qarşı tərəfi də dinləməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar