Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaş səhiyyəsində 2 milyonluq cari təmir və xəstələrin başına uçan tibb məntəqələri


Baş həkim Nuru Nuriyev son iki ildə Ağdaşın kənd tibb məntəqələrinin cari təmirinə 2 milyon manata yaxın vəsait sərf eləsə də, tibb məntəqələri xəstələrin başına uçur


Ağdaşın kəndlərində tibb məntəqələri bərbad vəziyyətdədir və bu tibb məntəqələrinə ayrılan vəsaitlər Ağdaş rayon Mərkəzi Xəstəxanıasının baş həkimi Nuru Nuruiyev tərəfindən mənimsənilir. Son iki ildə Ağsu rayon kənd tibb məntəqələrinin və xəstəxanalarının cari təmirinə 2 milyon manata yaxın vəsait ayrılsa da, bir çox tibb məntəqələrinin fəaliyyət göstəriəsi üçün normal binası və tibb şəraiti belə yoxdur.

Bu barədə PİA.AZ-a Ağdaş rayonundan daxil olan şikayətdə bildirilir ki, baş həkim Nuru Nuriyev icra başçısı Tofiq İbrahimovla əlbir olaraq rayon səhiyyəsinə ayrılan vəsaitlərin böyük hissəsini mənimsəyir. Ortada isə dövlət vəsaitlərinin xərcləniməsi haqqında quru sənədlərdən başqa heç bir şey yoxdur. Bunun isbatı üçün kəndlərdəki tibb məntəqələrinin bir neçəsini ziyarət etmək yetərlidir. 

Qeyd edək ki, 3 xəstəxana, 1 uşaq Poliklinikası, 1 təcili tibbi yardım məkəzi  və  61 kənd tibb məntəqəsini özünə birləşdirən  Ağdaş rayon səhiyyə idarəsində 900 yaxın tibb işçisi və personal çalışır. Daxil olan məlumatda qeyd olunur ki, baş həkim 61 tibb məntəqəsinin hər birində 2 tibb bacısını və iki sanitarı «ölü can» olaraq saxlayır və faktiki olaraq Nuru Nuriyev hər ay 240 ştatın maaşını alaraq cibinə qoyur. Bildirilir ki, bu yolla baş həkim hər ay dövlət büdcəsindən təqribən 25 min manat vəsait mənimsəyir. Həmin «ölü can»ların maaş kartlarını isə baş həkim özündə saxlayır.

Şikayətdə qeyd olunur ki, rayon səhiyyə idarəsinin nəzdində olan kənd tibb məntəqələirinin cari təmiri üçün son 2 ildə 1,6 milyon manat vəsait ayrılıb. Nuru Nuriyev icra başçısı Tofiq İbrahimova arxalanaraq Qarağan, Ərəb, Xosrov, Şordəhə, Ara-1, Orta Qəsil, Bəylik, Əmirmahmud, Hapıtlı, Dəhnəxəlil, Güvəkənd, Əmirax, Binələr, Abad, Xınaxlı, Malay, Kotavan, Huşun, Şəmsabad, Eymur, Şıxlı, Kükəl və digər kəndlərdə yerləşən  tibb məntəqələrinin adına cari təmir işləri yazaraq dövlətin yarım milyondan çox vəsaitini mənimsəyib. Həmin tibb məntəqələrində olan hər kəs isə əmin ola bilər ki, bu tibb məntəqələrində uzun müddət heçbir təmir işləri aparılmayıb və həmin tibb məntəqələrini hazırkı vəziyyəti o qədər acınacaqlıdır ki, hətta onları səhiyyə ocağı adlandırmaq adamın dili belə gəlmir.

 Daxil olan məlumata əsasən baş həkimin cari təmirdən əldə etdiyi yarım milyonluq qazancın bir hissəsini icra başçısı Tofiq İbrahimova verir. Həmçinin məlumatda qeyd olunur ki, rayonun Orta Ləki, Aşağı Ləki, Ərəb, Tofiqi, Qolqəti, Ərəbocağı kəndlərindəki tibb məntəqələrinin yenidən tikilməsində ciddi şəkildə maxinasiyalar həyata keçirilib. 

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar