Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaşda evdən qaçan məktəbli qızları Zərdabda kütləvi şəkildə zorladılar


Azərbaycanda 14 yaşlı qızın cinsi zorakılığa məruz qalması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub


Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl Zərdab rayonunda Ağdaş rayon sakini olan yeniyetmə qız zorlanıb.

Bildirilir ki, Ağdaş şəhərində yaşayan 14 yaşlı S.M və onunla qonşuluqda yaşayan 15 yaşlı A.H bir neçə gün əvvəl analarına acıq edərək evdən qaçıblar. Onlar əvvəlcədən internetdən tanış olduqları və sosial şəbəkədə Vüqar adı ilə qeydiyyatdan keçmiş Zərdab şəhər sakininin dəvəti ilə həmin rayona gediblər. Lakin burada həmin şəxs qızları qarşılamayıb və onları evdə yerləşdirməyib. Qızlar axşam saatlarında Zərdabda çaş-baş vəziyyətdə var-gəl ediblər, qalmağa yer-otel axtarıblar. Bu zaman rayondakı bir qrup oğlan qızların arxasıyca düşüb və onlara seksual xarakterli təkliflər ediblər.

Polisə daxil olan müraciətdə qeyd olunur ki, 14 yaşlı S.M bir neçə oğlan tərəfindən zorla cinsi əlaqəyə məcbur edilib. Səhər saatlarında hər iki qız polis tərəfindən aşkar edilərək şöbəyə gətirilib və daha sonra ailələrinə təhvil verilib.

Qeyd edək ki, ilkin araşdırmalar nəticəsində yeniyetmə qızlarla internetdə tanış olaraq onları Zərdaba dəvət edən şəxsin adının Vüqar olmadığı üzə çıxıb. Həmin şəxsin ifadəsi alınıb.

Onu da qeyd edək ki, evdən qaçaraq başqa rayona gedən hər iki qız məktəblidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar