Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağrı dağın ətəyində uçan zavallı göyərçinlər...

Məşhur bir türk şərqisi var, içində söhbət Ağrı dağın ətəyində bir uçan göyərçindən gedir


Bugünlərdə Ermənistanda səfərdə olan Roma papası Fransisk Ağrı dağının ətəyindəki kəndə gəlib və Türkiyə tərəfə göyərçin uçurdub. 

Uzun-uzadı izahata ehtiyac yoxdur, bilirsiniz, ağ göyərçin sülh rəmzidir. Elə papa da həmin göyərçini sülh niyyəti ilə havaya buraxıb. 

Həm də o bu vacib ayini yerinə yetirərkən tək olmayıb, bir quş da bütün ermənilərin katalikosu II Qaregin tərəfindən azadlığa, havaya buraxılıb.

Görürsünüzmü, onlar necə sülhsevərdirlər, sərhədə, dağ ətəyinə gəlir və düşmən saydıqları ölkəyə doğru göyərçin uçurdurlar.

Əlbəttə, Fransisk də, Qaragin də bu ayini Türkiyə ilə sərhəd olan başqa bir yerdə, sərhəd qapısı və gediş-gəliş imkanı olan məkanda edə bilərdilər. Quş da asanca uçub Türkiyə tərəfə keçərdi.

Amma bu “sülhsevərlik ritualı” üçün Ağrı dağının, ermənilərin təbirincə desək, Araratın seçilməsinin özündə bir düşmənçilik aktı, ərazi iddiası var. 

“Sülhsevər” papa elə bugünlərdə Türkiyə və Azərbaycan üçün həssas məsələ olan “erməni soyqırımı” ifadəsini işlətməklə artıq düşmənçilik hərəkəti edib, havaya quş buraxmaq bu hərəkətin yanında yüngül bir şeydir. 

İllərdir ortaya tarixi faktlar qoyulur, I Dünya müharibəsi zamanı erməni silahlı birləşmələrinin İran, Azərbaycan, Türkiyə, Gürcüstan, hətta Özbəkistanın ərazililərində on minlərlə türkü qətlə yetirməsi barədə sənədlər açıqlanır, ermənilərin “əli işi” olan kütləvi məzarlıqlar göstərilir, ancaq dünyada bir çox siyasi dairələr bütün bunlara gözünü yumub baxır və ilk fürsətdə “erməni genosidi” deyir, qanun, qətnamə qəbul edirlər.

Bu, bir siyasi məsələdir, bunu təkrar-təkrar sübut etməyə çalışmağa lüzum yoxdur. 
Dünyanın ədalətinə çoxdan bələd olduğumuz siyasi dairələri öz maraqlarına uyğun olduğu vaxt, sırf siyasi konyuktura baxımından bu cür qərarlar verir, kampaniyalar başladırlar. Neçə vaxtdır belə şeyləri görə-görə gəlirik və artıq təəccüblənmirik.

Ancaq missiyası insanlar arasında sülhün, əmən-amanlığın bərqərarına nail olmaq olan ruhani dairələrin  vaxtaşırı başqa dini konfessiyalara qarşı nifrət körükləməsi, düşmənçiliyi dərinləşdirəcək hərəkətlər etməsi absurdun zirvəsidir. 

“Erməni soyqırımı” deyəndən sonra havaya quş uçurtmaq nədir? Əsl “quş buraxmaq” məhz uydurma “soyqırım”dan danışmaqdır. 

Hazırda ABŞ da bu xüsusda yeni bir söz tapılıb - “soyqırım” demirlər, “Meds yagern” deyirlər. Bu, “böyük fəlakət” mənasındadır. Sanki I Dünya müharibəsində böyük fəlakətə məruz qalan yalnız ermənilər olublar. 

Həqiqət isə bundan ibarətdir ki, həm birinci, həm də ikinci dünya müharibələrinə qoşulan hər bir ölkə fəlakətlə üzləşib, hamısının şəhərləri dağılıb, sərhədləri dəyişib, əhalisinin mühüm bir hissəsi qırılıb-çatılıb. 

Müharibələrin qaydası budur. Onu nə qədər müharibə qanunları çərçivəsində aparsalar da, mütləq hərbi cinayətlər baş verir. Bütün hərbi cinayətləri araşdırıb, mühakimə etmək təşəbbüsü qaldırılsa və bu iş başa çatdırılsa, axırda məlum olar ki, düşmənə qarşı hərbi cinayət törətməyən bir ölkə belə yoxdur. 

Soyqırıma gəlincə, bunu mütəşəkkil halda, planlı, sistemli şəkildə həyata keçirən yalnız alman faşistləri olub. Son 100 ildə onlardan başqa heç bir hərbi aqressor qarşısına bir millətin kökünü kəsmək məqsədi qoymayıb. 

Faşistlərin bu niyyətinin ciddiliyi və cinayətlərinin bütün təfərrüatları isə aylarla davam edən hərbi tribunalda, Nürnberq prosesində (1946-cı il) ortaya qoyulub, sübut edilib və canilər mühakimə olunublar. 

“Erməni genosidi” isə nəinki peşəkar hüquqşünasların, hətta neytral tarixçilərin belə araşdırmadığı, əlaqədar ölkələrin arxivlərinə baş vuraraq öyrənmədikləri məsələdir. Bununla belə, indi siyasilər o tarixi hadisələr barədə hökm verirlər. 

Papa Fransiskin sözləri həmin hökmlərdən biridir və bu, onun ruhani missiyasına ziddiyyət təşkil edir. 

Azadlığa buraxılmış zavallı göyərçinlərin başı qarlı Ağrı dağına tərəf uçmaqdansa dövrə vurub geri qayıtması, yaxud yarı yoldaca alıcı quşlara yem olub-olmaması barədə informasiya yoxdur. Heç olmayacaq da. Onları uçuranların əsl məqsədi qəfəs quşlarına mərhəmət göstərmək deyildi, özlərinin sülhsevər olduqlarını göstərmək, başqalarını aldatmaq idi.(musavat.com)


Yazar : Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar