Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsu rayonunda klan hakimiyyətinin şok siyahısı - Prezidentə şikayət


Ənvər Seyidəliyevin idarə etdiyi rayonda klançılıq və qohumbazlıq ərşə dirənib


Ağsu şəhər bələdiyyə sədri və qohumları rayonu zəbt edib; Acsu sakinləri prezidentə mürasiət ediblər

Ağsu rayonunun bir qrup sakini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə və həmçinin əlaqədar nazirliklərin rəhbərlərinə şikayət ərizəsiilə müraciət ediblər. PİA.AZ-a da daxil olan şikayət ərizəsində şikayətçilər Ağsu şəhər Bələdiyəsinin sədri Aqil Musa oğlu Niftəliyevin öz səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə və dövlət əmlaklarını talan etmələrindən, həmçinin bələdiyyə və dövlət mülkiyyətini zəbt etməsindən şikayətlənirlər. Həmçinin şikayət ərizəsində bir sıra dövlət məmurlarının Ağsuda qanunsuz olaraq biznes sahələri əldə etdiklərindən bəhs olunur.

Çox cüzi qrammatik dəyişikliklə PİA.AZ Ağsu sakinlərinin şikayətini oxucularının diqqətinə cəlb edir: 

«Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab K.Əliyevə,

Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədova,

Azərbaycan Respublikası Nəqliyyat naziri cənab Ziya Məmmədova,

Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudova

Ağsu rayon və Ağsu şəhər sakinləri tərəfindən  şikayət

                                      ƏRİZƏSİ

Möhtərəm prezident və cənab nazirlər! 

Məlumunuz olsun ki, Ağsu şəhərindən və rayon kəndlərində bütün gəlir sahələri Ağsu şəhər Bələdiyəsinin sədri Aqil Musa oğlu Niftəliyevin inhsarındadir. Ağsu şəhər Bələdiyəsinin sədri şəhər bütünlüklə talayıb və zəbt edib. Dayanmaq da bilmır. Ona görədə aşağdakı faktları sizlərə təqdim edirik:

1. Ağsu şəhəri və ona bitişik Qaraməmmədli, Pirhəsənli, Ülgüclü və Navahı kəndləri ilə birlikdə 500 hekdardan çox toropaqları zəbt  edib və doğurdanda  bu adam hərrac işini çox gözəl bilir!?

2. Sovet hökümətindən qalan bütün iaşə və ticarət obyektlərini Əflatun Rufuyev icra başcısı olan zaman bütün bu tikililəri zəbt eləyib. İndi Prezident İdarəçilik Aparatında məsul vəzifədə çalışan Əflatun Rufuyevdən özünün soyğunçu məqsədlərindən istifadə edir. 

3. Aqil Niftəliyev Ağsu rayonunun Avtobazasının 5 hektar tikili sahəsi ilə 35 ədəd maşını zəbt edib, Rayspolkomun bütün obyekt və sahələrini zəb edib. Köhnə Avtovağzal, Xalçaçılıq binası, Ovçular binası, iaşə obyekti (köhnə bazar yanı) zəbt edilib. Avtobazada bu adamın avtomabil hissələri mağazası, setka sexi, avtoyuma, təmir, çayçı və s. obyektləri  faliyyət göstərir. 

4. Kəndoba kəndində 200 hektar sahəsi və 2 balıq gölü, yaxşı malıkanəsi var.

5. Aqil Niftəliyev Ağsu şəhərində Ağsu Çaxır Zavodunu zəbt etmiş, torpaqları orda genişləmdirərək  milyon yarimliq “TURAL PLAZA”restoranını tikdirmişdir. Respublikada analoqu yoxdur.

6. Ağsu şəhərində köhnə icra hakimiyyəti binasının yanında çayçı açmış, həmşinin Pirhəsənli yoluna gedən yolun sağ tərəfində 50 sot Avtobaza ilə üzbəüz bazanı zəbt etmiş və bacısının qaynı Arzu Əliyevə vermişdir.

7. Qohumlarının bir neçəsinə 5-7 hektar torpaq sahəsi ayırmış və bu torpaqlar bazar qiymətinə satdırılır.

8. Korrursioner Aqil Niftəliyevin maşınının qiyməti 45 000 manatdır. Bu adam deyir ki, 300 000 manatlıq maşın sürməliyəm.

9. Azərbaycan Torpaq quruluşu və Xəritəçəkmə idarəsinin sədri Qərib Məmmədov Aqil  Niftəliyevin arxasında durur. Çünki, Aqil bacısının əri Ağakişi Əliyev onun birinci müavinidir və onu şəxsən Aqil Niftəliyevin Bələdiyə sədri seçilməsində himayədarıdır.
10. Qərib Məmmədovun birinci müavini Ağakişi Əliyev öz qardaşı çayçı Atakişi Əliyevi Ağsu ZAQS-nın müdürü vəzifəsinə gətirmiş (bu vəzifə Aqil Niftəliyevin mərhum atasına məxsus idi). Bu adam Dağıstan Samarin diplomu ilə işləyir.

11. Ağakişi Əliyev Ağsu şəhərindəki mehmanxananı, mal bazarını, ətrafdakı torpaqları zəbt etmişdir.

12. Aqil Niftəliyevin bacısınıın qaynı Atakişi Əliyev Navahi yolunun üstündə 120 metr uzunluqda böyük bir obyekt inşa edir, ora vaxtı ilə çokəklik olduğundan 1000 maşımlarla torpaq gətirilmişdir.

13. Azərbaycan Torpaq Quruluşu və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Ağsu rayonunun Rəhimağalı kəndində 200 hektar sahədə üzüm əkmiş, 3-il üzüm kollarının yaxşı yetişdiyi halda və camaatımızda orda işləyib, öz ailəsini dolandırırdı. Lakin Qərib Məmmədov buranı şuçlatdırıb sğortasını aldı.

14. Atakişi Əliyev, Arzu Əliyev Qərib Məmmədovun birinci müavini Ağakişi Əliyevin  himayəsində həm də, Ağsuda Kadaastr və Xəritəçəkmədə idarəsində işləyir, burdakı rüşvət  500 manatdan 5000 manata kimi dəyişir.

15. Ağsu şəhərində sosiyal iqtisadiyyata (kanalizasiya və su çəkmə) ayrılmış 60 milyon manatlıq kapital ancaq şəhərin dağılması və viranə qoyulması üçün sərf olunur. Yüzlərlə kasıb vətəndaşın evləri çatlamış və dağılmışdır. Şəhərdə 5000 metrlərlə  yol kənarı  barıları 3 dəfə dəyişdirilmişdir. Bu pulların hara xərcləndiyi hələdə məlum deyil.

16. Kanalizasya quyuları mühəndis lahiyəsinə uyğun qurulmamış, ora gətirilən qum yaxın Qiyaslı kəndindən gətirilmişdir.

17. Ağsu şəhərinə Quzey kəndindən bulağın boruları keçmiş sovetlərdən qalma borulardır ki, bunlar Hacıqədirli, Padar və Ərəbmehdibəy kəndindən gətirilmişdir. Bu borulara görə 800 000 manat dövlətdən  mənimsənilmişdir. 
18. Ağsu rayon 16 kəndində meloarasiya boruları 2 metr torpaq altından çıxarılaraq metallom kimi satılmış, həmin kəndlər şor sular altında  məhv olur.

19. Aqil Niftəliyev Çuxur Yurdda torpaqları mənzilləri vardır. Ağsudaki mənzili Şah sarayindan daha dəbdəbəlidir və Bakıdakı mənzillərinin dəqiq sayı bilinmır.

20. Mərhum Heydər Əliyevin yaşatdığı, qurduğu müasir Azərbaycanda  belə zəbtkarlar milləti təxribata aparır.

21. Çayçı Atakişi Əliyev Ağsu ZAQS-nın müdürü  Aqil Niftəliyevin bacısının qaynıdır ki, bu şəxs gömrüyü keçməyib, saxta diplomla işləyir. Adi vətəndaşımız 1000 manat kredit götüre bilmədiyi halda 200 min AZN kredit götürmüşdür.

22. “TURAL PLAZA” şadliq sarayı 11 metr hündürlüyündədir ona Bakıdan FHN-yi və qida nəzarəti icazə verməmişdir. Lakin Ağsu SES-dən Ə.Seyidəliyevin təzyiqi ilə icazə vermişdir.

23. Ağsu şəhər bələdiyəsi sədri A.Niftəliyev 4 yerdə içtimai tualeti satmışdır. (orda mağaza və aptek tikilib). Şəhərə gələnlər çox pis vəziyyətə düşür, amma Nuftəliyevə pul mal mülk lazimdir.

24. Onuda qeyd edək ki, Ukraynada təhsil almış Aqilin qohumu indidə Ağsu notarusunu zəbt etməkdədir. Yəni saxta Ukrayna diplomu ilə.

25. Səlim Müslümov Ağsu çayını zəbt edib, onun drabilkası təbii çay ərazisindən külli miqdarda kapital götürür.

26. Səlim Müslümov qardaşı Radim Ağsu maliyyə müdürlüyündən İsmayıllı rayonuna transfer oldu.

27. Biz vətəndaşlar soruşuruq Q.Məmmədovdan, S Müslümovdan, A.Əliyevdən, Ə.Seyidəliyevdən ölkəni və rayonu talamaqdan nə vaxt doydum deyəcəklər. Bu yuxarıda qeyd etdimiz məmur dəstəsi A.Niftəliyevin haram işlərini müdafiyə edirlər.
28. Ə.Seyidəliyev  rayonda gedən Dövlət Sosiyal İqtisadi inkişafın camaata təbliğ edir ki, bu pullar S.Müslümovun  cibindən mülkündən gedir.
 
Hörmətli cənab Prezident!

5 AZN oğurluq etmış vətəndaşımızı bütün televizya informasiya kanallarl, qəzetlər, polis, prokuror, məhkəmə və biz vətəndaşlar qınayırıq.

Hörmətli cənab prezident!

30 sentyabir 2013 cü ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin açılışında dediyiniz ki, prezident və məmurlar xalqın xidmətçiləriyik. Şəffaflıq, təmizlik və dürüstlük Azərbaycanı bırınci edəcəkdir. 

Hörmətli cənab prezident! 

Ölkəmizdə minlərlə ali təsilli, bacarıqlı təmiz vicdanlı işbilən gələcəyi nizamlamağı bacaran mütəxəsislərimiz yetərincədir və bu potensialdan istifadə etmək lazimdır. Xalqımıza pislık getirən  kriminallaşmış yuxarıda  qeyd edilmış doydum bacarmayan bu məmurlardan tez bir zamanda qəti tədbir görəsiniz. 

Faktları nəzərə alaraq tələb edirik: Bu korrupsionerlərin Azərbaycan qanunlarına riayət olunmaqla cəzalandırılsın. Biz buna əminliklə inanırıq. 

Yaşasın Heydər Əliyev  ideaları!!!

Dövlətimizin siyasətini həmişə dəstəkləyən Ağsu sakinləri 

imza edirik:

Qeyd edək ki, Ağsu rayonunda bundan əvvəl də qohumbazlıq halları və vəzifədən sui-istifadə halları ilə bağlı şikayətlər davamlı olaraq mətbuata olan şikayətlərdə özünə yer alır. Hətta bir müddət əvvəl Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin bu rayonda vəzifə alan qohumlarının siyahısı yayımlanmışdı. Xatırladaq ki, təqribən iki il əvvəl yayımlanan bu siyahıda hazırda çox kiçik dəyişikliklər mövcuddur və Ağsu sakinləri hələdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun və nazirin dayısı olan Ağsu rayon icra hakimiyyətinin başçsı Ənvər Seyidəliyevin qohumlarının istismarı altında əziyyət çəkirlər.

Onu da bildirək ki, PİA.AZ Ağsu sakinlərinin şikayətləri ilə bağlı araşdırmalara başlayıb və bu barədə məlumatları detallı şəkildə yaxın zamanlarda oxucularımızın diqqətinə cəlb edəcəyik.

Yazıda adı keçən şəxslərin və dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq…







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar