Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsunun keçmiş bələdiyyə sədrinin topdağıtmaz sərvəti


Ağsu sakinlərin keçmiş bələdiyyə sədrinin inanılmaz sərvətini açıqlayırlar


Ağsu şəhər bələdiyyəsinin keçmiş sədri və hazırda Ağsu rayon 12 saylı Yol İstismar İdarəsinin müdiri işləyən Aqil Niftəliyevin sərvətinə iri çaplı məmurlar və bir çox icra başçıları belə həsəd apara bilər.

PİA.AZ-a Ağsudan ünvanlanan şikayət məktubunda bildirildir ki, bir müddət əvvəl Ağsu şəhər bələdiyyəsini öz şəxsi mülkü kimi idarə edən və mənimsədiyi vəsaitlər hesabına milyonerə çevrilən Aqil Niftəliyev indi də 12 saylı Yol İstismar İdarəsini öz şəxsi mülkü kimi istifadə edir. Bildirilir ki, Aqil Niftəliyev Ağsunun icra başçısı Ənvər Seyidəliyevlə birlikdə Ağsu çayında böyük bir karyer açıb.  Artıq İran İslam Respubilkasından dəyəri 150 min manat olan 3 ədəd «drabilka» və avadanlıqlar gətirilərək quraşdırılıb. Daxil olan məlumatda qeyd olunur ki, icra başçısı ilə idarə müdiri yeni karyeri Ağsu kəndlərinin daxili yollarının cari təmir edilməsi üçün istifadə olunacq çınqıl və qrabil materiallarının satın alınması üçün açıblar. Yəni Ənvər Seyidəlyievlə Aqil Niftəliyev dövlətin pulunu şişirdilmiş qiymətlərlə öz ciblərinə qoymağı planlaşdıdırlar. 

Bildirilir ki, Ağsu çayının yatağında Ənvər Seyidəliyevin bacısı oğlu Əmək və Əhalinin Müdafiəsi Naziri olan Səlim Müslümova məxsus başqa böyük bir karyer uzun illərdir ki, fəaliyyət göstərir və həmin karyerdən əldə olunan qum, çınqıl Bakıya satılır. 

Ağsu sakinləri bildirirlər ki, Aqil Niftəliyevin bələdiyyə sədrliyindən çıxarılıb idarə müdiri təyin olunması məhz Ənvər Seyidəliyevin planı olub. Çünki idarə müdiri Ağsu şəhər bələdiyyə sədri işlədiyi dövrlərdə Ənvər Seyidəliyev onun əli ilə külli miqdarda mənimsəmələrə yol verilib. Belə ki, şəhər bələdiyyəsinin balansında olan hekatralarla torpaq sahələrini qeyri qanuni müxtəlif şəxslərin adına keçirilməsi və sonradan daha baha qiymətlərə satılması ən xırda faktlardan biridir. 

Məlumatda qeyd edilir ki, bələdiyyə sədri işlədiyi zaman Aqil Niftəliyevin şəxsi qazancı milyonlarla manat olub.  İcra başçısının etimadından istifadə edən Aqil Niftəliyev  Bələdiyyə sədri işlədiyi dövrlərdə özünə top dağıtmaz sərvət toplayıb. 

Ağsu rayon sakinləri redaksiyamıza  Aqil Niftəliyevin obyektlərinin  bir hissəsini bizə təqdim edib. Belə ki, Aqil Niftəliyevin Ağsunun Qaraməmmədli, Pirhəəsnli, Ülgüclü və Navahı kəndlərində 500 hektara yaxın torpaq sahəsi və böyük heyvandarlıq təsərrüfatı var. Bundan başqa Aqil Niftəliyev Ağsu şəhərində Avtobazanın 5 hektarlıq tikili sahəsini 35 ədəd maşınını və köhnə Avtovağzalı, həmçinin xalçaçılıq sexinin binasını, Ovçular mağazasının binasını, köhnə bazarı özəlləşdirib. 

Həmçinin Ağsu sakinlərinin bildirdiyinə görə Ağsuda Aqil Niftəliyevə məxsus bir neçə aftomobil ehtiyat hissələri mağazası, setka sexi, avtoyuma və təmir sexləri, çayxanası var. Kəndoba kəndində isə Ənvər Seyidəliyevin qohumları ilə birlikdə 200 hektar torpaq sahəsi və qeyri qanuni 2 böyük balıq gölü var. İdarə müdiri hər il bu göllərdən 100 min manatdan çox qazanc əldə etdiyi qeyd olunur. 

Ağsu Çaxır Zavdu da Aqil Niftəliyevin adına özəlləşdirilib və oliqarx bələdiyyə sədri onun ərazisində dəyəri 1,5 milyondan çox olan “TURAL PLAZA” restoranı tikdirib. 

Bundan başq Ağsu şəhərində köhnə icra hakimiyyəti binasının ətrafındakı mağazalar və çayxanalarda idarə müdirinə məxsus olduğu iddia olknkrbundan başqa bildirilir ki, Aqil Niftəliyev Nəvahi yolunun üstündə qohumu Atakişi Əliyevlə şərikli 120 metr uzunluqda böyük bir İstirahət komleksi inşa etdirib. Bundan başqa Aqil Niftəliyevin Çuxur Yurdda xeyli torpaqları və vilaları olduğu bildirilir. Ağsunun məmur oliqarxının Bakıda da bir neçə dəbdəbəli mənzilinin olduğu qeyd olunur. 

Məlumatda qeyd olunur ki, idarə müdirinin adına olan obyektlərin, mağazaların, vilaların, torpaqların, restoranların bir hissəsi bacıısnın yoldaşı Ağakişi Əliyevə məxsusdur. Belə ki, Ağakişi Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun müavini işləyir. 

Redaksiyadan: Biz əlavə şərh vermək istəmirik. Amma keçmiş bələdiyyə sədri və hazırda 12 saylı Yol İstismar İdarəsinin müdiri işləyən Aqil Niftəliyev bu inanılmaz sərvətini hansı yolla qazanmsı barədə ictimaiyyətə açıqlama verməsi düzgün olardı. Təbii ki, idarə müdiri qanunsuz yolla əldə olunmuş bütün bu sərvətin ona məxsus olmadığını iddia edəcək. Amma bütün yuxarıda sadalanan mal və mülklərin məhz Aqil Niftəliyevə məxsus olmasını təsdiq edən onlarla Ağsu sakini var və onlar özlərini gizlətmədən açıq şəkildə iddia edirlər ki, bütün bu mal-sərvəti Aqil Niftəliyev vəzifəsindən sui-istifadə edərək əldə edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar