Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə büdcəsini necə planlaşdırmaq lazımdır?



“Gəlirlər və xərclərin faizlə ifadə olunması, alış-verişlərin ümumiləşdirilməsi ailə büdcəsində qənaətin ən yaxşı üsuludur. Kredit götürərkən ödənişin aylıq gəlirin 20-25 faizindən artıq olmamasını nəzərə almaq lazımdır”


Bu fikirləri APA TV-də yayımlanan “Sosium” verilişinin qonağı, iqtisad elmləri doktoru Cəbrayıl Vəliyev deyib. 
 
Qonaq yeniyetməlik yaşına çatan uşaqların ailə büdcəsinin idarə olunmasına cəlb etməyi vacib hesab edir: “Uşaqlara kiçik yaşlardan başlayaraq təşəbbüskar olmağı, öz ayağı üstündə durmağı öyrətmək lazımdır. Yeniyetmələrə artıq ailə büdcəsinin gəlirləri və xərcləri izah edilməlidir. Büdcənin idarə olunmasında iştirak etməyən uşaqlar həddi-buluğa çatanda, ailə qurduqdan sonra problemlər yaranır. Ailədə bəzi xərclər investisiya kimidir, lakin elə xərclər də var ki, geri dönməyən xərclərdi. Təhsilə, inkişafa çəkilən xərc gələcəkdə ailəyə dəyər qatacaq. Sağlamlığa qoyulan xərclər investisiyadır”. 
 
Cəbrayıl Vəliyev kredit kartları xərcləmələrinin üstünlüklərindən və yaratdığı problemlərdən danışıb: “Kredit kartları alış-verişi asanlaşdıran vasitədir. Nağd pul saxlama, müxtəlif coğrafi bölgələrdə istifadə kredit kartlarının üstünlüyüdür. Kredit kartları daha çox uzunmüddətli məhsulların alınması üçün sərfəlidir, günlük xərclərə sərf etmək məsləhət deyil. Bizdə 80-100 manatlıq əşyanı da kreditlə alırlar, bu, düzgün deyil. Kredit limitlərinin planlaşdırmağın ən yaxşı üsulu kredit limitini aşağı endirməkdir. Əgər kart sahibi xərcləmələrini idarə edə bilmirsə, bankdan kart limitini aşağı salmaq olar. Yeməkdə diyet olduğu kimi, xərcləmələrdə də biz diyet lazımdır. Ailə büdcəsinin gəlir və xərc mərkəzləri var. Ailədə gəlir mənbələri çox az saydadır, bu bir və ya nəfər ola bilər. Lakin xərc mənbələri çoxdur, qida, kommunal, geyim, sağlamlıq, maşın, təhsil, istirahət xərcləri və s.”
 
Mütəxəssis həmişə gəlir və xərcləri faizlə ifadə etməyin doğru olduğunu vurğulayıb: “Adətən ailənin qazancını faizlə yox, müəyyən məbləğlə ifadə edirlər. Bu da sonda problem yaradır. Xərcləri faizlə ifadə etmək daha doğrudur. Gəlir zamanla artıb-azala da bilər. Ailə büdcəsini faizlə planlaşdırarkən gəlir azaldığı və ya artdığı zaman faizlə ifadə də dəyişir. Eyni zamanda yazılı şəkildə planlaşdırılma aparılmalıdır. Bu zaman ən vacib şərt prioritet olanları təcililik və önəmlilik prinsipi ilə sıralamaqdır. Təcili və önəmli xərclər ön plana, təcili önəmsiz xərclər ikinciyə, önəmli, amma təcili olmayan üçüncü plana, önəmsiz və təcili olmayan xərcləri ən arxa plana atmaq olar. Vaxt da bir büdcədir, vaxtın da istifadəsində bu metod çox önəmlidir. Təbii ki, ailənin yaşaması üçün qida xərcləri, kredit borcları ən vacib xərclərdir. Qidada istəklərimizi ehtiyaca istiqamətləndirməliyik, istəklərimiz ehtiyacı aşmamalıdır. Büdcə - gəlir və xərc deməkdir. Xərclər gəlirdən artıq olanda borclanma yaranır”. 
 
İqtisadçı ekspert xərclərin düzgün planlaşması ilə vacib prinsiplərdən danışıb: “Xərclər vaxtla birlikdə əvvəlcədən planlaşdırılmalıdır. Müəyyən xərclər, məsələn, səyahət etmək bir il əvvəldən planlaşdırılmalıdır. Sonra xərclər aylıqlara, həftəliklərə və günlüklərə bölünməlidir. Xərclərin ayrı-ayrılıqda nəzərdə tutulması da doğru variantdır. Məsələn, həftəlik xərci paketə qoyub ayırmaq və  bu xərcdən kənara çıxmamaq səmərəli üsuldur. Bütün gəlirlər bir yerdə olanda qeyri-ixtiyari xərci artıra bilərik. Ailə də kiçik bir dövlətdir, yəni səbət yaratmaq prinsipi ilə, riskləri nəzərə alaraq gəliri müxtəlif valyutalarda saxlamaq, müxtəlif banklarla işləmək lazımdır”. 
 
Cəbrayıl Vəliyev gəliri mövsümi xarakter daşıyan və sabit olmayan ailələrdə büdcənin idarə olunması ilə bağlı dəyərli məsləhətlər verib: “Bu zaman ortalama illik xərclər aylara bölünür, işlədiyi zaman olan xərclər iki qat hesablanır və qazancın 50 faizi digər aylar üçün kənara qoyulur. Bütün işlədiyi 6 ayda bütün pulları eyni yerdə saxlamaq düzgün deyil. Hər bir xərc nöqtəsində müəyyən faiz qənaət etmək, 10 xərc nöqtəsində hərəsində iki faiz olmaqla 20 faiz qənaət etmək deməkdir”. 
 
Qonaq kredit ödəmələrində problemlərin qarşısını almaq üsulları barədə də məlumat verib: “Kredit götürərkən ailənin xərcləri də nəzərə alınmalıdır. Bizdə istənilən ailənin kredit ödənişi gəlirin 20-25 faizini aşmamalıdır. Azərbaycan əhalisi qidaya gəlirin 50 faizdən çoxunu sərf edir, bu, digər dövlətlərlə müqayisədə çoxdur. Xərc nöqtələrimizdən az olanı kommunal xərclərimizdir, amma son illər bu xərclər də artır. Xaricdə, Avropa ölkələrində kommunal xərclər daha çoxdur. Biz bu şansdan faydalanaraq qənaət edə bilərik. Ailənin digər xərclərinin 30 faiz olduğunu düşünsək, aylıq gəlirin 15-20 faizindən artıq ödənişi olan kredit almaq problem yarada bilər”.
 
İqtisadçı ailə büdcəsinin səmərəli idarə olunması ilə bağlı vacib məsləhətləri ümumi olaraq səsləndirib: “Ailə büdcəsində planlaşdırma və faizlə işləmək yaxşı nəticə verir. Digər bir metod isə alış-verişlərimizi toplulaşdırmaq lazımdır. Yəni günlük alış-verişlərdən həftəlik, aylıq alış-verişlərə keçmək lazımdır, bu da xərcləri azalmağın bir yoludur. Alış-verişimizi planlı etməliyik. Müəyyən bir siyahı ilə satış yerlərinə, marketlərə getmək və o kağızda olanlarla kifayətlənmək, hətta gedərkən nəzərdə tutduğumuz qədər pul götürmək, o siyahıya uyğun olaraq əlavə pul götürməmək bu ən yaxşı metodlardan biridir. Gəliri və xərci faizlə ifadə etmək çox əhəmiyyətli məsələdir, bu şəkildə gəlirin artması və azalmasında fərq eyni olacaq, amma pulla ifadə zamanı fərqli olacaq. Kredit xərcdən əlavə həm də borc qaynağıdır, ona görə də kreditlərdən daha az istifadə etmək məsləhətdir”. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar