Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə institutumuzun təməli niyə dağılır? - Qorxunc statistikanın səbəbləri

Psixoloq: “Mən deyərdim boşanmaların artmasının səbəbi psixoloji evliliyə hazır olmayan cütlüklərin evlənməsidir”


Jurnalist-sosioloq: “Həyat yoldaşından hər gün gül tələb edən və buna nail ola bilməyən qadın da boşanır, xanımının ondan icazəsiz saçını kəsdirdiyinə əsəsbləşən kişi də”.

PİA.AZ-ın baş redaktoru: Ailənin yaşaması və davam etmsi üçün bütün enerji əsasən qadınlardan gəlirdi və kişilər faktiki olaraq sömürgən rolunda bu enerjidən yararlanırdılar. Lakin indi vəziyyət dəyişib”. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə ilin əvvəlindən ölkə əhalisinin sayı 13387 nəfər, yaxud 0,1 faiz artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür. Həmçinin statistik məlumata görə ilin ilk iki ayında 8065 nikah və 2383 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.

Boşanmaların sayının rekord həddə çatmasını nəylə əlaqələndirmək olar və gəncləri boşanmaya sürükləyən əsas səbəblər arasında sosial maddi problemlər, yoxsa psixoloji problemlər daha çox rol oynayır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı psixoloq Fərqanə Mehmanqızına, jurnalist-sosioloq Lalə Mehralıya və jurnalist Azər Qaramanlıya müraciət edib.

Картинки по запросу Fərqanə Mehmanqızı

Fərqanə Mehmanqızı: “Bu gün azadlıq altında, yəni mən sərbəstəm, müstəqiləm deyib boşananlar da çoxalıb”.



Boşanma hadisələrində adətən uşaqlarına yetəri qədər sevgi verməyən valideynlərin səbəbkar olduğunu qeyd ədən psixoloq Fərqanə Mehmanqızı PİA.AZ-a açıqlamasında əlavə edib ki, köpəlikdən mənəvi dəyərləri valideynlər uşaqlarına aşısalar və uşaqların sevgiylə böyütsələr həmin uşaqlar gələcəkdə mənəvi dəyərlərə və sevgiyə önəm verəcəklər. Mənəvi dəyərlərə önəm verdikləri zaman da mənəvi bağlılıqlara önəm verəcəklər və evliliyin önəmli, müqqədəs olduğunu düşündükləri üçün evlənməyə tələsməyəcəklər:

“Bu çox önəmli faktdır. Bir ara evlilik çox kütləvi hal almışdı və insanlar evliliyin önəmini müqəddəsliyini anlamadan həyatlarını dəyişirdilər. Mən deyərdim boşanmaların artmasının səbəbi psixoloji evliliyə hazır olmayan cütlüklərin evlənməsidir. Çünki özlərini hələ cəmiyyətdə, işlərində, həyatda təsdiq etməyən gənclər sevgi adı qoyduqları keçici hissə uyub münasibət qururlar. Ona görə də uzun müddətli olmur. Qızlar xina toy mərasimlərinin möhtəşəmliyinə uyub ailə qurur. Sanki nəzər nöqtəsində olmaq istəyirlər. Bundan sonrakı mərhələni anlamırlar. Birdə təbii ki, valideyinlərin baxışı var. Tez ailə qur deyə israr edən ailələr var. Psixoloji təzyiqdən canlarını qurtaran oğlan və qızlarda az deyil. 

Bir tərəfdən də həm iqtisadi, həm də maddi çətinliklərə görə ailələr dağılır. Çünki ailələr hər şeyin ən yaxşısının olmasın istəyirlər. İnstagram, facebook və başqa sosial şəbəkələrdə bir çox insanların ancaq müsbət yönlərini görünür. Buna görə də həmin şəxsləri izləyənlər öz həyatlarına baxanda aqressiv depresiya yaşayırlar. Aqressiv depresiyada olduqları zamanda da bir-birlərinin üstünə düşürlər və tərəflər arasında münaqişə baş verir. Münaqişədən sonra da tərəflər bir-birlərinə olan münasibətdə soyumağa başlayırlar. 

Həmin şəxlər maddi tərəflərin yaşxılaşdırıb, mənəvi tərəflərə üstünlük vermək əvəzinə bir-birləri ilə sanki qəlb qırmaqda, incitməkdə yarışa girirlər. Sonra da bu münasibət nifrətə gəlib çıxır. Mən deyərdim ki, maddiyyat onların iç üzün çölə çıxardır. Yəni onların daxilində gizlənən mənəvi aclıq üzə çıxır. Onu da qeyd edim ki, biz deyə bilmərik ki, maddi durumu ən yaxşı olan cütlüklər boşanmır. Bu da onu sübut edir ki, maddiyyat yox, maddiyyatın gətirdiyi səbəblər və səbəblərdən ən önəmlisi depresiyalar üzə çıxır. Yəni uşaqlıqdan qalma sevgi aclıqları üzə çıxır.

Fərqanə Mehmanqızı: “Maddiyyat onların iç üzün çölə çıxardır. Yəni onların daxilində gizlənən mənəvi aclıq üzə çıxır”.


Mən deyərdim ki, hər bir hadisələrə uşaqlarına yetəri qədər sevgi verməyən valideynlər səbəbkardır. Çünki köpəlikdən mənəvi dəyərləri valideynlər uşaqlarına aşısalar və uşaqların sevgiylə böyütsələr həmin uşaqlar gələcəkdə mənəvi dəyərlərə və sevgiyə önəm verəcəklər. Mənəvi dəyərlərə önəm verdikləri zaman da mənəvi bağlılıqlara önəm verəcəklər və evliliyin önəmli, müqqədəs olduğunu düşündükləri üçün evlənməyə tələsməyəcəklər. Evləndikdən sonra da münasibətləri qorumağa çalışırlar. 

Bu gün azadlıq altında, yəni mən sərbəstəm, müstəqiləm deyib boşananlar da çoxalıb. Təbii ki, bu çox yanlış fikirdir. Amma mən hesab edirəm ki, yeni bir nəsil yaranır. Hnsı ki, bu nəsil evliliyə bir az başqa cür baxır. Onlar özlərini cəmiyyətdə və iş həyatında təsdiq etmə çalışırlar. Həmin nəsil özlərini təsdiq etdikdən sonra evliliyə bu mərhələni keçmək kimi bacaqlar. Onların övladları da daha sağlam düşüncədə, daha sağlam psixologiyada olacaqlar. Mən əminəm ki, belə olacaq. Biz boşanmış ailələrin uşaqlarları ilə münasibətdə oluruq və görürük ki, uşaq depresiyaları daha da artıb. Çünki ata deyir anan pisdi, ana deyir atan pisdi. Bu psixologiya ilə də uşaq böyütmək olmaz”. 

Image result for lalə mehralı

Lalə Mehralı: “Stamotoloqa getdiyinə görə arvadını məhkəməyə verib boşanmaq istəyən kişi var”.


Cütlüklərin daha çox boş və mənasız səbəblər üzərindən boşandığını qeyd edən jurnalist-sosioloq Lalə Mehralı açıqlamasında bildirib ki, yayılan rəsmi statistika onu göstərir ki, ailə quran hər 3 cütlükdən 1-i boşanır. Lalə xanım boşanmaların sayının bu qədər artmasını dəhşətli hal kimi dəyərləndirərək vurğulayıb ki, boşanmalar əsasən qızlarımızın ərköyünlüyü və dözümsüzlüyü ucbatından baş verir:

“Bu statistika nə deməkdir bilirsinizmi? Bu ailə quran hər 3 cütlükdən 1-i boşanır, deməkdir. Bu sadəcə dəhşətdir! Mən narahatlığımı, həyəcanımı ifadə etməyə söz tapmıram. Ailə qurmaq bu qədər asandır və boşanmaq bu qədər də rahatdır deməli. O ailə qurulanda qoyulan xərclər, toy-nişan üçün çəkilən zəhmət bir yana, bu gənclər niyə boşanmağa meyllidir, anlamıram. Sanki boşanmaq üçün evlənirlər – ailə qursunlar, 2 ay bir yerdə yaşasınlar və boşansınlar. Bu onlar üçün bu qədər rahatdır. 

Məhkəmədə işləyən bir tanışım var, hər dəfə söhbətimiz sırasında o qədər maraqlı və gülməli boşanma səbəblərinin olduğunu deyir ki, mat qalıram. Həyat yoldaşından hər gün gül tələb edən və buna nail ola bilməyən qadın da boşanır, xanımının ondan icazəsiz saçını kəsdirdiyinə əsəsbləşən kişi də. Siz təsəvvür edin stamotoloqa getdiyinə görə arvadını məhkəməyə verib boşanmaq istəyən kişi var! Nə var nə var stomotoloq kişi olub.  Qaynanasının paltarını yumaqdan imtina edən gəlinlər var, ər tələb edəndə boşanmağa qədər uzanır məsələ. Evləniblər və gəlin ilk ay hamilə qalmayıb, ərin ailəsi gəlini sonsuzluqla ittiham edir və boşanırlar. Bu səbəblərdən çox saya bilərəm sizə, amma nə faydası? 

Lalə Mehralı: “Qadın ailənin gözəgörünməyən sütünlarıdır. O təməl yerindən azacıq oynasa, o ailədən ailə olmaz”.


Ürək ağrısı və böyük təəssüf hissi ilə deyirəm bunu, qızlarımız ailə qurmağa tələsdiklıəri kimi ailəni qorumağı da bacarmırlar. Qadın ailənin gözəgörünməyən sütünlarıdır, onu ailənin ikinci fərdi kimi qəbul edirlər, amma bu düşüncədə olanlar anlamırlar ki qadın ailənin təməlidir. O təməl yerindən azacıq oynasa o ailədən ailə olmaz. Necə ki biz bunun şahidi oluruq. Dözümsüz qızlarımız çoxdur, ilk söz-söhbətdə ata evinə qaçan, məhkəmə yolunu tutan qızlarımız az deyil. 

Mən demirəm kişilər mələkdir, xeyr, onların da boşanmalardakı payı böyükdür, amma kişini ailəyə bağlamaq, yaxşı ailə başçısı olmasına nail olmaq da qadının əlindədir. Qadın kişidən tez böyüyür, həm fiziki həm də əqli-psixoloji baxımdan. Qadınların ən ağır ailə yükünü rahatlıqla çiyinlərində saxlamaq kimi fövqaladə bacarığı var, amma bu tip qadınlarımız getdikcə azalır. Qızlarımız ailədə ərköyün, xudbin böyüdülür, gələcəyin anası, həyat yoldaşı kimi tərbiyə edilmir. Bu da ailələrin bax beləcə dağılmasına səbəb olur. 

Mən maddi-iqtisadi faktorların olmadığını demirəm, var. Amma eyni zamanda iqtisadi gücü zəif olan kişiyə qarşı pis münasibəti göstərən qadınlarımız da var təəssüf. Kişi çox pul qazananda göstərdiyi münasibəti az pul qazananda da göstərməyən qadınlarımız var. Eləcə də yaxşı pul qazanan kimi ailəsini ikinci plana atan kişilər də var. Bu kimi faktorlar hərəsi özülüyündə boşanma səbəbi ola bilir”.



Azər Qaramanlı: “Mən boşanmaların sayının artmasından daha çox, gənclərimizin, xüsusən də gənc qızlarımızın bayağı və meşşan davranışlarından, dərk səviyyələrindən narahat oluram”.


Boşanmalar əsasən mental dəyərlərimizin erroziyası üzündən baş verdiyini bildirən PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı hesab edir ki, qadınlarımızın təbii analıq instinktləri belə artıq ailəni qorumaq üçün yetərli faktor rolunda çıxış edə bilmir. Azər Qaramanlıya görə qadınlarımızın feminist baxışları artıqca, mental dəyərlərimizlə toqquşma da böyüyür:

“Boşanmalar əsasən mental dəyərlərimizin erroziyası üzündən baş verir. Uzun əsrlərdir ki, Azərbaycan cəmiyyətində qadınlar ailə institutunun əsas təməli və qoruyucu faktoru kimi çıxış edib. Lakin bir neçə on illiklərdi ki, vəziyyət dəyişib. Qadınlarımız, belə demək mümkünsə, ailənin qoruyucu mələyi rolunda çıxış etmək istəmir. Daha doğrusu gənc qızlarımızın böyük bir hissəsinin buna heç həvəsi yoxdur. Qadınlarımızın təbii analıq instinktləri belə, artıq ailəni qorumaq üçün yetərli faktor rolunda çıxış edə bilmir. 

Mən boşanmalara görə heç də bütün günahı qadınların üzərinə qoymaq fikrindən tamamilə uzağam. Lakin bu bir faktdır ki, uzun əsrlərdən bəri gələn tarixi ənənələr dağlır. Artıq qadınlar özlərini ancaq arvad, gəlin, ana timsalında görmək istəmirlər. Onlar öz ayaqları üstündə durmaq və öz talelərini özləri həll etmək istəyirlər. Bu hazırkı zaman üşün çox normal və vacib prossesdir. Lakin o da nəzərə alınmalıdır ki, qadınlarımızın feminist baxışları artıqca, mental dəyərlərimizlə toqquşma da böyüyür. Ona görə də mən hazırkı durumda boşanmaların sayının artmasını normal hal kimi, qəbul edirəm. Ola bilsin ki, zamanla bu say aşağı düşsün. Ya da əksinə, arta bilər. Bu daha çox prossesin nə qədər təbii və əksinə, nə qədər bayağı getməsindən asılı olacaq.

Azər Qaramanlı: “Uzun əsrlərdən bəri gələn tarixi ənənələr dağlır. Artıq qadınlar özlərini ancaq arvad, gəlin, ana timsalında görmək istəmirlər”.


Açığı deyim ki, mən boşanmaların sayının artmasından daha çox, gənclərimizin, xüsusən də gənc qızlarımızın bayağı və meşşan davranışlarından, dərk səviyyələrindən narahat oluram. Tarixən bizim qadınlar çox iffətli və dözümlü və birləşdirici olublar. Məhz bu keyfiyyət əsrlər boyu Azərbaycan ailə institutunda əsas qoruyucu faktoru olaraq çıxış edib. Bunun əksinə olaraq, kişilərimiz daha zalım, (bunu zəhmlə əlaqələndiblər), olublar. Kişilərin ailədki rolu əsasən dominat rola əsaslanıb və bu zaman ailənin yaşaması və davam etməsi üçün bütün enerji əsasən qadınlardan gəlirdi və kişilər faktiki olaraq sömürgən rolunda bu enerjidən yararlanırdılar. Lakin indi vəziyyət dəyişib. 

Təhlükəli olan isə iffətli, birləşdirici və dözümlü qadınlarımızın yerini meşşan və dikbaş, həm də burnunun ucundan o yana görməyən qadınların almasıdır. Boşanmanın sayının daha çox mənasız səbəblər üzündən artması da bu üzdəndir və bu tendensiya hazırda bizim ailə institutumuzda dağıdıcı faktor olaraq çıxış edir. 

Ona görə də mən qızlarımızın daha çox intellektə sahib olmasının tərəfdarıyam. Bu həm cəmiyyətdə gender bərabərliyini təmin edə bilər, həm də ailəyə yeni birləşdirici dəyərlər qazandıra bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar