Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailəsini, 3 uşağını qoyub Suriyaya gedən azərbaycanlı öldürüldü


Suriyada daha bir azərbaycanlı öldürülüb. İŞİD silahlı terror qruplaşması tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev bir neçə gün əvvəl öldürülüb


Musavat.com-un əldə etdiyi məlumata görə, Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev 3-4 ay əvvəl ailəsini ataraq Suriyaya getmişdi. F.Əliyev Suriyaya getməmişdən əvvəl ikinci dəfə də ailə həyatı qurub. Onun ikinci dəfə ailə həyatı qurduğu xanımı da hazırda Suriyadadır. Azərbaycanda isə birinci xanımından olan 3 övladı qalıb.

Xatırladaq ki, Suriyaya gedərək müxtəlif silahlı qruplaşmalara qoşulan azərbaycanlıların sayı gün keçdikcə artır. Əvvəllər ölən azərbaycanlıların şəkilləri qruplaşmaların digər üzvləri tərəfindən sosial şəbəkələrdə paylaşılırdı. Son zamanlar isə bu olmur. Əsas səbəb olaraq isə meyitlərin döyüş gedən ərazilərdən çıxarıla bilməməsidir.

Onu da qeyd edək ki, son zamanlar Suriyaya döyüşməyə gedən radikallar hansısa yollarla Azərbaycana qayıdırlar.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş sonuncu əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar