Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarov aclığı dayandırdı


1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ötən aydan bəri davam edən aclıq aksiyasını dayandırıb


Bu barədə Lent.az-a A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. 

Vəkil bildirib ki, müvəkkili ötən həftənin əvvəlində prokurorluq əməkdaşları ilə görüşdən sonra bu barədə qərara gəlib. Belə ki, A.Çovdarov cinayət işi tanış ola bilmədiyi üçün aclıq aksiyasına başladığını, prokurorluq əməkdaşları ilə görüşdə isə buna şərait yaradılacağı barədə vəd verildiyi üçün aclığı dayandırdığını bildirib.
 
K.Nəsibovun sözlərinə görə, bununla belə, Çovdarova hələ də cinayət işi tanış olmaq üçün şərait yaradılmayıb: “Akif Çovdarov cinayət işinin 29 tomu ilə tanış ola bilməyib. Məhkəmə başlayandan sonra da yəqin ki, proses təxirə salınacaq. Çünki təqsirləndirilən tərəfə cinayət işinin materialları ilə tanış olmağa vaxt verilməlidir”.
 
Vəkil bu gün başlayan prosesdə niyə iştirak etməklərinin də səbəblərini açıqlayıb. O deyib ki, məhkəmənin başlaması ilə bağlı nə onlara, nə də Akif Çovdarova rəsmi bildiriş getməyib. Bu səbəbdən də A.Çovdarovla müqavilə bağlaya bilməyiblər: “Bizim onu müdafiə etmək üçün orderimiz yoxdur. Çünki məhkəmənin başlaması barədə rəsmi bildiriş almamışıq. Bu gündən sonra Akif Çovdarova məhkəmə ilə bağlı məlumat veriləcək və yəqin ki, onun yaxınları, qohumları vəkillərlə müqavilə bağlayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar