Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Muradverdiyevin səhhəti pisdir


Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevə çıxarılmış hökmdən Ali Məhkəməyə şikayət verilib


Vəkil Rəşad Mirmehdizadə “Media forum” saytına açıqlamasında deyib ki, kassasiya şikayətində cinayət işinə xitam verilməsi və Muradverdiyevin azadlığa buraxılmasını istəyiblər.

Muradverdiyevin səhhətindən danışan vəkil qeyd edib ki, mülki həkimlər Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində sabiq işlər müdirini müayinədən keçiriblər: “Müalicə müəssisəsinin həkimlərinin yardım etməsinə baxmayaraq səhhətində heç bir irəliləyiş yoxdur. Yenə də şiddətli ağrılardan əziyyət çəkir. Akif Muradverdiyevin tanıdığı və əvvəllər onu müalicə etmiş həkimin gətirilməsi üçün müraciət etmişdik. Sağ olsunlar, icazə verdilər.

Neyrocərrah müalicə müəssisəsində Akif Muradverdiyevi bir neçə dəfə müayinə edib. Həkim də bildirdi ki, səhhəti ağırdır, boyun fəqərəsində olan yırtıq böyüyüb və təcili əməliyyat olunmalıdır. Amma müalicə müəssisəsində bunun üçün şərait yoxdur”.

Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar