Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Nağıdan Leyla Yunusa sərt mesaj


“Rauf Mirqədirovun dövlətə xəyanətə ittiham olunmasına münasibət bildirmək çətindir. Çünki bizim əlimizdə faktlar yoxdu. Hər halda hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və onun işi ilə bağlı araşdırma aparılır”


Bu sözləri açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Ayna -Zerkalo” icmalçısı  Rauf Mirqədirovun həbsi ilə bağlı danışarkən bildirib.

A.Nağı vurğulayıb ki, QAT “xalq diplomatiyası”nda hansısa formada iştirakın qəti əleyhinədir. 

“ Hesab edirik burada ən azından iki təhlükəli məqam var. “Xalq diplomatiyası” xətti ilə Yerevana gedən jurnalistlərimizin, QHT nümayəndələrinin, rəsmi nümayəndələrin bu səfərləri Ermənistanın maraqlarına cavab verir. Çünki, kənardan beynəlxalq təşkilatların nəzərində belə bir fikir yaranır ki, Azərbaycanla Ermənistan arasında heç bir problem yoxdur və əməkdaşlıq edirlər. Təbii ki, bu da Azərbaycanın maraqlarına cavab vermir”.

QAT sədrinin sözlərinə görə, belə səfərlərin iştirakçılarının  Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alınması üçün çox münbit bir şərait yaradır. 

“Səfər gedişində onları elə bir təhlükəli vəziyyətə sala, qorxuda, şəkil və videolarla şantaj edə bilərlər. Ona görə də hesab edirəm ki, bu da Rauf Mirqədirov məsləsi üzərinə müəyyən mənada aydınlıq gətirmək üçün əlavə bir fakt kimi ortaya çıxır”.

Akif Nağı Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun ünvanına ittihamlar səslənidir. 

“Mən  Sülh və Demokratiya İnstitunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusun bu məslə ilə bağlı fəallığını müşahidə edirəm.

Amma mənə çox qəribə gəldi ki, Leyla xanım  Rauf Mirqədirovu müdafiə etmək üçün özünü qabağa verərərək günahkar olduğunu və həbs olunmasını deyir. Deyir ki, Rauf Mirqədirovun həbsi ermənilərlə alternativ münasibətlərin qarşısını alır. Bu nə deməkdir axı? Bu hansı məntiqə sığır axı? Ermənilərlə nə üçün alternativ görüşlər olmalıdır axı? Mən anlamıram bunu. Deməli bunlar açıq şəkildə Azərbaycan deyil də, hansısa xarici qüvvələrin maraqlarına xidmət edirlər. Bu gün də özlərini elə təqdim eləmək istəyirlər ki, onlar ermənilərlə münasibət qurduqlarına görə, onlara qarşı təzyiqlər var”.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar