Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aldadılmış mühafizəçilər Salyanda da etiraza qalxdı


“Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin Salyan-Neftçala bölgəsinin adıçəkilən şirkətin rəhbərliyi tərəfindən aldadılmış əməkdaşları da etiraza qalxıb


Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə deyilir: “Cənab prezident! Biz sizin rəhbərliyiniz altında inkişaf yolunda qətiyyətlə addımlayan dövlətimizin daxili və xarici siyasətini dəstəkləyən gənc vətəndaşlarıq.

Bir müddət əvvəl iş yeri tapmaq ümidi ilə “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinə müraciət etmişik. Hər birimiz həmin idarəyə depozit olaraq 2-3 min manat pul vermişik. Amma indi həmin xidmət fəaliyyətini dayandırıb və banklardan əslində kredit kimi götürdüyümüz həmin depozitləri də geri ala bilmirik. Odur ki, sizdən xahiş edirik, çətin ailə vəziyyətimizi nəzərə alaraq problemin həllinə köməklik edəsiniz.

“Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin Salyan-Neftçala bölgəsi üzrə rəhbəri İlqar Nəsibov isə bildirir ki, o, özü də başda olmaqla 44 nəfər mühafizəçi xidmət rəhbərliyi tərəfindən aldadılıb. Onları inandıran isə amil xidmətin fəaliyyətinə rəsmi lisenziya verilməsi olub. Beləcə, nə iş yeri tapa biliblər, nə də depozit adı altında qoyduqları pulu ala bilirlər. İşləmək arzusunda olan gənclər isə depozit adı ilə verdikləri pulu minbir əziyyətlə qazanıb, yaxud borc alıblar ki, işləyib qaytarsınlar. Onların xahişi isə həmin vəsaitlərin qısa bir vaxtda geri qaytarılmasıdır”.

Qeyd edək ki, “Qala” şirkətinin fırıldaqlarından əziyyət çəkənlər paytaxt Bakı da daxil olmaqla ölkənin demək olar hər yerində var. Bakıda zərərçəkənlərin hətta aksiyaları da olub. Bundan sonra Daxili İşlər Nazirliyi zərərçəkənlərdən birinin müraciəti əsasında məsələni araşdırıb. Dələduzluq edən şirkət direktoru Vüqar Hüseynov zərərçəkmişlərə xeyli miqdarda zərər vurduğu üçün Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

pia.az









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar