Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali məktəblərə qəbul imtahanlarında cəmi üç fənn olacaq


Bunu Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində deyib


O bildirib ki, bakalavr imtahanında Ana dili və Riyaziyyat fənlərindən olan nəticələr eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: 

"Amma hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə I və II qruplarda olan Riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun".

Məleykə Abbaszadə bildirib ki, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanlar qanunu pozurlar: "Biz bu yaxınlarda bununla bağlı müəyən sənədlər hazırlamışıq və mən həmin sənədləri imzalamışam. Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik".

Sədr qeyd edib ki, hər bir fəndən olan sualları hazırlamaq üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur: "Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir. Bu səbəbdən də suallar bir neçə il sonra təkrar oluna bilər. Bütün bu səbəblərdən imtahanlardan sonra suallaın verilməsi doğru deyil". ("Report")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar