Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlərın mənzil məsələsi yenə gündəmdə - Komissiya yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə akademiyada mənzil məsələsi üzrə Komissiya yaradılıb


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə RH-nin bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda Komissiyanın tərkibi təsdiq edilib.

İclasda AMEA-nın İqtisadiyyat və Folklor institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında məsələyə də baxılıb. İnstitutların aid olduğu elmi bölmələrə seçkilərin müəyyən olunmuş qaydada həyata keçirilməsini təmin etmək tapşırılıb.

İclasda AMEA-nın Nizami adına Ədəbiyyat və Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edilib. Digər qərarlarla Məhəmməd Füzuli adına Əlyazmalar, Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarının strukturunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev AMEA-nın Elm və Texnologiyalar Parkı MMC-nin direktoru təyin olunublar.

AMEA-nın Biofizika İnstitutuna biologiya üzrə elmlər doktoru Kərim Qasımov elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürrəhimov isə innovasiya və transfer üzrə direktor müavini təyin olunublar. Bundan başqa fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Elm Tarixi İnstitutunun elmi katibi və tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva isə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar