Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimpaşa Məmmədov sahibkarı necə iflic etdi? - Şikayət


Şəmkirin icra başçısı rayonda abadlıq işləri görən, borc səbəbindən ömürlük əlil etdiyi Qədim Qafarovu 520 min manatını mənimsəyib


Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 136, mənzil 31 ünvanında yaşayan, ömürlük 1-ci qrup əlil, fiziki qüsurlu, Qafarov Qədim Cabbar oğlu başına gələn ilginc olayla bağlı Jam.az-a müraciət edib.

 Sözügedən şəxs bildirir ki, vergilər naziri Fazil Məmmədovun koordinasiyası ilə həyata keçirlən işlərin bir parçası olaraq, Şəmkir şəhərinin abadlaşdırılması və yenidənqurulması işlərinə müqavilə əsasında 2014-cü ilin oktyabr ayında nazirin o zamankı müşaviri Qüdrət Seyfullayev və Nazirliyin Departament rəisi vəzifəsində çalışmış Alimpaşa Məmmədov tərəfindən cəlb olunub. 

Göndərilən yazılı açıqlamada ömürlük əlil vurğulayıb ki, həmin abadlıq və yenidənqurma işləri çərçivəsində əvvəlcə Şəmkir Şəhidlər Xiyabanında qranit üzləmə işlərinin görüblər. “Sonradan, Vergilər Nazirliyinin rəsmilərinin xahişi və təkidi ilə (əvvəlki podratçıların qrafikdə gecikmələrinə və işin öhdəsindən vaxtında gələ bilmədiklərinə görə) Şəmkir Çörək Zavodu, Şəmkir Zabitlər Bağı və Şəmkir şəhərində Heydər Əliyevin Heykəl Kompleksində qranit üzləmə, dəmir-beton, demontaj və təmir-bərpa işlərinin (ümumi müqavilə dəyəri 526488 AZN olmaqla) yerinə yetirilməsini öhdəliyimə götürməklə, vaxtından əvvəl və keyfiyyətli şəkildə yerinə yetirmişəm. Lakin bütün bu qeyd olunanların fövqündə sifarişçi tərəfindən haqqımızın kobud şəkildə tapdandığı ilə qarşı-qarşıya qalmışıq. Belə ki, mənə məlum olmayan səbəblərdən avans belə müqavilə ilə razılaşdırılmış məbləğdən az ödənilib, qalan məbləğin isə bu günə qədər ödənişi təmin olunmayıb”. 

Qədim Qafarov qeyd edir ki, bir ildən artıqdır işləri təhvil verdiklərinə baxmayaraq, müxtəlif bəhanələrlə sifarişçi tərəf borcun ödənişini yubadır, hər dəfə müxtəlif təkliflərlə çıxış edir. “Son təklifində əvvəlcədən razılaşdırılmış müqavilə məbləğlərini ciddi həcmdə azaldaraq, vəziyyətimizin ağırlığından sui-istifadə edərək bizi azaldılmış məbləğlə razı olmağa məcbur edib. Müxtəlif zamanlarda qarşımıza qoyulan ədalətsiz təkliflərə kredit ödənişlərimizdə yaranmış çətinliklərdən dolayı məcbur qalıb razılıq verməyimizə belə baxmayaraq, yenə də borc ödənməmiş qalır. Son müraciətimə isə "Vergilər Nazirinə müraciət edin, onlar borcu təsdiq edib pul ayırsınlar biz də sizə ödəniş edək!" deyə cavab veriblər”. 

Açıqlamada qeyd edilir ki, bu cavabdan sonra sözügedən şəxs vergilər nazirinin Biləsuvarda vətəndaşlarla görüşünə yazılıb. “Adımın qəbul olunacaq vətəndaşların siyahısında olmasına baxmayaraq nazir tərəfindən qəbul edilmədim. Sonradan vergilər nazirinə məktubla müraciət etdim, habelə nazirlik rəsmiləri ilə dəfələrlə əlaqə saxlamağa cəhd etməyimə baxmayaraq cəhdlərim boşa çıxdı”. 

Qədim Qafarov qeyd edir ki, hazırda əlacsız vəziyyətdədir. Ona görə ki, gördüyü işlərlə əlaqədar aldığı mal və materiala görə, 273988 manat borc ödəməlidir. “Digər tərəfdən yuxarıda qeyd olunmuş işlərlə əlaqədar avansın az verilməsi və bu günə qədər ödənişin olmaması ucbatından götürmüş olduğum kreditlərin ödənişində olan çətinliklər məni ciddi şəkildə narahat edir. Bu problemin həyəcanı və stresi nəticəsində iflic olmaqdan əlavə şəkər xəstəliyinə də tutulmuşam. Qalıq məbləğin iki dəfə devalvasiyaya uğramasını, istifadə olunmuş materiallara görə yaranmış borclarımın xarici valyuta ilə, ayrıca bu işlə əlaqədar bankdan götürdüyüm kreditin 150000 dollar olduğunu da nəzərə alsaq ,vəziyyətimin nə qədər acınacaqlı olduğunu aydın şəkildə görmək olar. İş o yerə çatıb ki, məlum işlərdən dolayı yaranmış borclarımı ödəmək üçün evimi, maşınımı dəyər-dəyməzinə satışa belə çıxarmışam”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar