Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alış-veriş üçün hansı sərfəlidir? Online, yoxsa nəğd ödəniş - Video


Müasir dövrdə əksər insanlar aylıq əməkhaqqını və təqaüdünü plastik kartla alır. Vətəndaşlara təqdim edilən plastik kartlar təkcə aylıq məvacibi almaq üçün deyil, həm də bir sıra alış-veriş və digər proseslərdə istifadə edilmək imkanlarına malikdir


Bu ödəniş xidmətlərinə həmçinin kommunal xərcləri ödəmək də daxildir. Lakin bu gün regionlarda poçt və digər nağd ödəniş terminallarında növbələrin yarandığını, müxtəlif yaş kateqoriyasına aid insanların komunal borclarını ödəmək üçün növbə gözlədiyinin şahidi oluruq. Bəs niyə insanlar onlayn deyil, nağd ödəniş edir?

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Sakin: “İnamsızlıqdandır, qorxuruq”.

Plastik kartlarla həmçinin marketlərdə də ödəniş etmək, bilet sifariş vermək, mobil telefon nömrəsində balans artırmaq və s əməliyyatlar aparmaq mümkündür. Bu xidmətləri vətəndaş heç yerə getmədən evdə oturaraq mobil telefon və plastik kartla reallaşdıra bilər. Etdiyiniz ödənişin qəbzinə gəlincə...

Cahid Əliyev (mütəxəssis): “Bəzi vətəndaşlar var ki, ödədikdən sonra deyirlər ki, qəbz olmur. Amma hər ödəniş portalında arxiv var və oradan baxmaq olar”.

Mütəxəssis Cahid Əliyev bildirir ki, onlayn ödənişdən az istifadənin səbəbi əhalinin bu xidmətlər barədə məlumatının az olmasıdır. Həmçinin bəzi insanlarda belə fikir var ki, pul plastik kart hesabında qaldıqda oğurlana bilər.

Nağdsız ödənişlərin başlıca faydası ondan ibarətdir ki, ticarət və digər xidmət sahələrində vergidən yayınmanın qarşısı alınır. Nəticədə bundan həm dövlət büdcəsi qazanır, həm də cəmiyyət faydalanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar