Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman çörəyi yeyə-yeyə AzTv-yə baxmaq...


Raminə Eyvazqızı yazır


Bu gün normal market rəflərini vətəndaşın cibi ilə uzlaşdıranda ən bahalı çörək “Alman çörəyi”dir. Bu hələ bizdə istehsal olunan məhsuldur ha. 6 min çeşiddə olduğu iddia edilən alman çörəyindən hansının olduğunu belə bilmirik. Sadəcə orda-burda tərifini eşitmişik, alıb yeyirik. Normal zavod çörəyindən qat-qat baha olsa belə, mağazada tez qurtaran çörək arasındadır. Ay filan texnologiya ilə hazırlanır, əsl çovdar çörəyidir və sairə. Küçədə çörək zavodu maşınlarının üstündəki “əsl alman keyfiyyəti” gözümüzə girir. 

Və bizim şəhərdə gerçək alman dəyərində (reklamdan bilirəm) bahalı mağaza da var. Adını çəkmək istəmədiyim həmin mağazada ən ucuz çörək 7 manatdır, çünki xalis Almaniya məhsuludur. Həmişə dəqiqliyi, dürüstlüyünü özümüzə nümunə götürməyə çalışdığımız Almaniya. Bu səbəbdən Minsk qrupunda onun da həmsədrliyini arzuladığımız vaxtlar olub. Elə bilmişik, dəvamız onun əlindədir.

Almaniya-minlərlə türkün yaşadığı ölkə. Bəs Almaniyanın bizidən alıb vermədiyi nədir? Siyasi tərəfləri, səbəbləri az-çox bilirik.

Bu gün xalis alman məhsulları-sabunu, şampunu, maşını, elektrik malları, çörəyi ailəmizə daxil olub. Almaniya istehsalı dərmanla belə sağalmağa çalışırıq. Telekanalları reklamı götürüb gedən alman həkimlərinin, mütəxəsislərinin qəbuluna düşməyə pul toplayırıq. Ən əsası isə Avropa oyunlarında medal sayına görə Almaniya bizdən sonra 3-cü yerdədir. Alman turistlərini danışdırırıq, onların sevincini, tərifini böyüdürük. Bəs necə olur ki, indi AzTv bu ölkə ilə “saçyoldu”suna bizi də üzv edib. Yeridirmi? Əslində AzTv-nin belə küsmələri ildə bir dəfə, ilaşırı olur. İnsafla deyək ki, bizimki qarşı tərəf onu bu vəziyyətdə gətirəndə coşur. Qəfildən xəbər tuturuq ki, Almaniyanı işsizlik götürüb gedir, narkoman bolluğudur, liftləri xarabdır, hər kəs narazıdır. AzTv təbirincə desək, iqtisadiyyatı güclüdür, amma hamı acdır. Necə olursa, Almaniyaya səfər etməyi arzulayan, alman dili öyrənmək üçün kurslara gedən insanlarımızın sayı artır. Almaniya istehsalı maşında gəzənlər, başını, bədənini, dişini belə alman məhsulu ilə yumaq istəyənlər çoxalır. AzTv də deyir ki, Almaniya bərabərdir narkomaniya, filan maniya və sairə.

Başa düşürük, adımızı eşidəndə Merkelin başına daş düşür, ölkəsinin mediasında qalaq-qalaq materiallarda bizim qeybətimizi edirlər. Lap şərlənən ölkə kimi söz altında qala bilmərik. Amma AzTv-nin azərbaycanlı tamaşaçıya bizim dildə Almaniyanın əslində “cəhənnəm” olduğunu sırımaqla biz nə qazanırıq ? Bir vaxtlar Almaniya-Azərbaycan dostluğundan, biznes forumundan pafoslu süjetlər hazırlayan dövlət televiziyası sərt mövqe ilə Almaniyaya hirsini çatdıra biləcəkmi? Kim gedib deyəcək ki, alman əclaflar, bizim AzTv səndən küsüb, bəs sənin əcdadını, “nemes”inin qüsurlarını belə arxivlərdən eşələyib çıxarıb, serial şəkildə reportajlar hazırlayır. Almaniya, AzTv səni yıxır yerə, kilometrlərlə sürüyür ha, farağat dur.

İndi bizim Almaniyadan çox, zibil yeşikləri ilə barrikada qurmuş erməni millətini sürüməyə yaxşı fürsətimiz var. Bir də, anladım ki, Ermənistanda bizdəkindən çox zibil qutuları varmış. Rusiyanı da qabağına qatıb söyən, meydanlara toplaşan erməninin çöküşünü keflə izləyirik. AzTv ekranında belə kadrların aşıb-daşdığını görmək arzusundayıq. Biz torpağımıza soxulan və bir addımlığımızda olan düşmənin ağır vəziyyətindən danışmalıyıq. Uzaqlarda olan Almaniyada və ya qeyri Qərb ölkəsində dost, vəfa axtaran vaxtımız deyil. Deyil də, deyil. (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar