Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman nazir İrəvanda Qarabağ danışıqları apardı - Foto


Azərbaycana səfərini başa çatdıran Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer oktyabrın 23-də Yerevana yollanaraq Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb


“Media forum” saytının məlumatına görə, erməni həmkarı Edvard Nalbandyanla görüşən Frank-Valter Ştaynmayer mətbuat konfransında deyib ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunublar.

Frank-Valter Ştaynmayer qeyd edib ki, Almaniya AzərbaycanErmənistan prezidentlərinin bu ayın sonu Parisdə keçirəcəyi görüşü alqışlayır: “Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesini diqqətlə izləyirik. Almaniya Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olmasına yardım göstərməyə hazırdır, amma ilk addım prezidentlərin Paris görüşündə atılmalıdır. Çox yaxşı ki, prezidentlər Fransanın dövlət başçısı Fransua Olandın dəvətini qəbul ediblər. Görüşün nəticəsiz qalmamasını arzu edirik”.

Edvard Nalbandyan isə deyib ki, Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasında irəliləməyə hazırdır: “Azərbaycan tərəfdən belə bir hazırlıq barədə heç nə eşitmirik. Necə deyərlər, indi top onlar tərəfdədır”.

Həmin gün alman nazir Ermənistan prezidenti Serj Sərkisyanla da bir araya gəlib. Bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinə toxunulduğu vurğulanır.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar