Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Bundestaqının üzvləri Azərbaycana gəlir


Almaniya Bundestaqının üzvləri Azərbaycana səfər edəcəklər


Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Alman Bundestaqının iqtisadi əməkdaşlıq üzrə komissiyasının sədri, Bundestaqın deputatı xanım Daqmar Vöhrl Slavyan Universitetinin litseyində alman dilini öyrənən 97 nəfər 5-ci sinif şagirdləri ilə görüşəcək, onlara məktəb bağlamaları təqdim edəcəkdir.

Səfirlikdən bildirilib ki, xanım Vöhrlə birlikdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri, Bundestaqın deputatı Dr. Peter Ramsauer də Azərbaycana gəlir.

Deputatlar Alman-Azərbaycan iqtisadi və inkişaf naminə əməkdaşlıq, energetika sektoru, Azərbaycanda alman şirkətlərinin fəaliyyəti, habelə təhsil sahəsində əməkdaşlıq haqqında məlumat əldə edirlər.

Səfər proqramına Gəncə şəhərində alman bankı KfW tərəfindən maliyyələşdirilən içməli su təminatı üçün qurğunun açılışı (layihənin birinci hissəsi), Göygöldə keçmiş alman məskənləri, habelə sənaye mərkəzi olan Sumqayıta səfərlərlə yanaşı, Azərbaycan Respublikasının bir çox hökumət üzvləri, habelə Milli Məclisin nümayəndələri ilə danışıqlar daxildir.

Bundan başqa, deputatlar alman mədəniyyət mərkəzi olan “Kapellhaus”a dil mərkəzinə də baş çəkəcək, müəllim və şagirdlərlə görüşəcəklər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar