Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya ilə Türkiyə arasında diplomatik əlaqələrin kəsilməsi hansı proseslərə yol aça bilər?


Adıgözəl Məmmədov: “Türkiyə-Almaniya arasında münasibətlərin bu şəkil alması heç də ürək açan deyil”


“Münasibətlər pozularsa, Türkiyə ixracatının 41%-i Avropaya və xüsusən Almaniyaya göndərildiyi üçün Türkiyə iqtisadiyyatı böyük ziyan görə bilər”.

Bu fikirləri Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov Almaniya ilə Türkiyə arasında diplomatik əlaqələrin kəsilməsinin nəticələrini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi, Türkiyə rəsmiləri Türkiyədə keçirilən referendumla bağlı Almaniyada bir sıra görüşlər keçirmək istədilər, amma Almanya bu görüşlərə icazə vermədi. Yəni Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə Almaniyada keçiriləcək tədbirə alman tərəfi icazə vermədi. Bu isə iki ölkə arasında diplomatik gərginliyə səbəb oldu. Hətta Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı. Eləcə də Türkiyənin bir neçə naziri Almaniyaya planlaşdırılan səfərlərindən imtina etdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə referendumla bağlı bəzi toplantıların ləğv edilməsini “nasist dövrünə” bənzədib: “Sizin indiki davranışlarınız keçmişdəki nasist davranışlarınızdan heç də fərqli deyil, bunu bilin. 

Almaniyanın Baş naziri Angela Merkel Ərdoğanın sözlərinə cavab olaraq bunları deyib: “Bu cür bənzətmələr sadəcə nasistlərin insanlığa qarşı işlətdiyi günahların əhəmiyyətini azaltmağa yarayar”. 

Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya və Türkiyə münasibətlərinin mühüm bir dövründə Almaniyaya əhəmiyyətli bir səfər etdi. Cənab Çavuşoğlunun almaniyalı həmkarı Sigmar Gabriel ilə aralarında baş tutan görüşdən sonra “dərin fikir ayrılıqlarımıza baxmayaraq, dialoq qurmaqdan başqa alternativimiz yoxdur” dedi.

Dünən isə Almaniyanın hakimiyyət rəsmiləri türk siyasətçilərinin ölkəyə girişini yasaqlaya biləcəklərini bəyan edib. Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədova müraciət edib.

Image result for adgözəl məmmədov pia.az

Adıgözəl Məmmədov: “Hesab etmirəm ki, son baş verən hadisələr Almaiya-Türkiyə münasibətlərinə son qoyacaq”. 


Politoloq qeyd edib ki, baş verən hadisələr hər iki dövlətə, hər iki ölkənin xalqlarına ziyan verəcək:

“Ümumiyyətlə Türkiyə-Almaniya arasında münasibətlərin bu şəkil alması heç də ürək açan deyil. Baş verən hadisələr hər iki dövlətə, hər iki ölkənin xalqlarına ziyan verəcək, lakin hesab etmirəm ki, bu son baş verən hadisələr iki dövlət arasındakı münasibətlərə son qoyacaqdır, çünki bunun ciddi səbəbləri var. Nəzərdən qaçırmaq lazım deyildir ki, Türkiyə iqtisadiyyatının formalaşmasında Almaniyanın ciddi payı var. Xüsusən, bu özünü hərbi sənayedə,turizm sahəsində və maşınqayırma sahələrində böyük payı var.

Eyni zamanda da Almaniyada yaşayan 4milyondan çox türklərin Türk iqtisadiyyatına böyük yatırımları var. Ən nəhayətdə isə bu münasibətlər pozularsa, Türkiyə ixracatının 41%-i Avropaya və xüsusən Almaniyaya göndərildiyi üçün Türkiyə iqtisadiyyatı böyük ziyan görə bilər. Bu ixracatda kənt təsərrüfatı məhsulları böyük paya malikdir, faktiki olaraq alternativ bazarların tapılması isə çətindir. Demək olar ki, mümkün deyil. Nəticədə Türkiyənin turizim sektoru, hərbi-sənaye kompleksi, kənt təsərrüfatı zərər görəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar