Almaniyada messencerlərdəki yazışmaları izləməyə icazə verən qanun qəbul edilib
Oxu.Az DW-yə istinadən xəbər verir ki, qərar “Skype” və “WhatsApp” kimi populyar messencerlərə də şamil olunur.
Messencerlərə nəzarət üçün proqramlar yaratmaq yönündə kəşfiyyat orqanlarına tapşırıq verilib.
Qanun almaniyalı istintaqçılara cinayət işlərində casusluq proqramlarından istifadə etmək imkanı da yaradır. Bu halda informasiya hələ onu göndərənin kompüterindəykən ələ keçirilə bilir.
pia.az