Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya prezidenti də Türkiyəli həmkarına “ilişdi”


“Əlaqələri qoparmayın!”


Almaniya-Türkiyə arasındakı siyasi gərginlik bitmək bilmir. Bu dəfə Türkiyəyə qarşı kəskin fikirlər Almaniyanın ən yüksək siyasi şəxsi-prezident tərəfindən dilə gətirilib.

Strateq.az alman mətbuatına istinadən xəbər verir ki, ölkənin yeni seçilmiş prezidenti Frank-Valter Steynmeyer özünün ilk çıxışında türkiyəli həmkarına “ilişib”.

O, Rəcəb Tayib Ərdoğandan məhbus jurnalistləri, o cümlədən alman media quruluşu DW-nun əməkdaşı Dəniz Yücəli təcili azadlığa buraxılmasını və Avropa liderlərini “ağza alınmayacaq” nazi ittihamıyla günahlandırmağı yığışdırmağı tələb edib. Steynmeyerə görə, bu cür çıxışlar "Türkiyənin öz müttəfiqləriylə və müttəfiq olmaq istəyənlərlə əlaqələrini qoparır".

Çıxışında kimsənin Türkiyəyə “ağıl vermək” həvəsində olmadığını vurğulayan Almaniya prezidenti 15 İyul çevriliş cəhdini də qınayıb. Bununla belə, Ərdoğanın ritorikasını "illər və onillər ərzində əldə edilənlərin qısa zamanda dağıtmaq” kimi qiymətləndirib və “bundan narahat olduğunu" deyib.

Qeyd edək ki, Frank-Valter Steynmeyer digər alman siyasilərindən fərqli olaraq, Türkiyəyə daha yaxın mövqeyilə seçilən, onun Avropa Birliyi üzvü olmasını arzulayan və bunun üçün əlindən gələni əsirgəməyən tövrüylə tanınıb. Hətta  sabiq alman kansleri Gerhard Şröderin Türkiyənin AB üzvlüyünü dəstəkləməsinin təmin edilməsində də ötən bazar günü prezidentlik kürsüsünə əyləşən Steynmeyerin adı çəkilir.

Alman ekspertlərin bildirildiyinə görə, Steynmeyerin Ankaraya əvvəlki ümidləri artıq tükənib. Bu ümidsizlik onun bir prezident kimi ilk çıxışını Türkiyə məsələsinə həsr etməsindən də aydın olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar