Almaniyada 11 milyon yumurtada zəhərli kimyəvi maddə - fipronil tapılıb
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Almaniya Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
"10,7 milyon - bu, Almaniyada fipronilin aşkarlandığı yumurtaların sayıdır", - o deyib.
Avropa Komissiyasının məlumatına görə, tərkibində fipronil olan yumurtalar 15 ölkədə, o cümlədən Almaniyada aşkar edilib. Bu kimyəvi maddədən birə, gənə və digər parazitlərə qarşı istifadə olunur. İnsan orqanizmində fipronilin toplanması isə ciyər, böyrək və qalxanabənzər vəzinin sıradan çıxmasına səbəb ola bilər.
pia.az