Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada Xocalı abidəsi ucaldılması təklif edildi

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçiriliən yerli deputatların toplantısında iştirak edib


Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda çıxış edən Yaşar Niftəliyev toplantı iştirakçılarına Azərbaycan həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı haqqında ətraflı məlumat verib.
 
Cəmiyyət sədri daha sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.
İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr olunmuş materialları, o cümlədən, alman yazıçı-publisisti Yohannes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı kitabı iştirakçılara təqdim edib.
 
Qeyd edək ki, 6 ildir fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti əyalətdəki Xarici Vətəndaşlar İttifaqına uzv secilərək, ölkəmizin təbliği istiqamətində bir sıra uğurlu layihələrə imza atıb. Bunların sırasında ümummilli lider Heydər Əliyev xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq boks turniri, Xocalı faciəsinə həsr olunmuş kik-boks yarışı və digər əhəmiyyətli tədbirlər var.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar