Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir


Almaniya əhalisi kansler Angela Merkelin istefaya getməsi barədə vahid fikrə malik deyillər və onlar demək olar ki, tən yarı bölünüblər


AzərTAc xəbər verir ki, bu nəticə “Yougov” ictimai rəy institutunun keçirdiyi sorğuda əksini tapıb. 

Beləliklə, respondentlərin təxminən 43 faizi Merkelin öz postunu tərk etməli olduğunu düşünür, 42 faizi isə onun fəaliyyətini müsbət qiymətləndirir və istefa üçün əsas görmür. Bununla yanaşı, rəyi soruşulan vətəndaşların 15 faizi bu suala fikir bildirməkdən çəkinib.

Sorğunun nəticəsinə əsasən, Merkelə daha çox “yaşıllar” partiyasının tərəfdarları müsbət yanaşır. “Almaniya üçün alternativ” partiyasının tərəfdarları isə ona qarşı ən kəskin mövqedə dayanır, belə ki, onların cəmi 6 faizi Merkeli kansler postunda görmək istəyir.

Solçuları dəstəkləyən almanların demək olar ki, 50 faizi Merkelin kansler postunda vəzifəsini layiqincə yerinə yetirdiyini düşünür.

Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokratik İttifaqı (XDİ) və Xristian-Sosialist İttifaqı (XSİ) alyansının tərəfdarları arasında isə ona qarşı münasibət birmənalı olmayıb. Alyans tərəfdarlarının 27 faizi Merkelin kansler postunu tərk etməsinin vaxtının çatdığını, 63 faizi isə buna ehtiyac olmadığını fikirləşir.

Rəyi soruşulan vətəndaşların 30 faizi qanunsuz miqrasiya səbəbindən hökumət koalisiyasının dağıla biləcəyini ehtimal edir. Respondentlərin 45 faizi isə öz növbəsində XDİ/XSİ alyansı və Almaniyanın sosial-demokratik partiyasından ibarət koalisiyanı yaxın gələcəkdə heç bir təhlükə gözləmədiyinə əmindir.

Bununla yanaşı, Almaniya əhalisinin yarısı hökumət koalisiyasının 2021-ci il üçün nəzərdə tutulan seçkilərə qədər mövcud olacağına şübhə ilə yanaşır.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar