Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Altı ayda “Təcili yardım”a 334 min vətəndaş müraciət edib


Səhiyyə Nazirliyinin müəssisələrində daimi yaşayış yeri üzrə əhaliyə tibbi yardım göstərilməklə yanaşı, daimi yaşayış yeri məlum olmayan şəxslərə də tibbi yardım göstərilir


Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bu ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334000 artıq ümumi müraciət daxil olub. Bu çağırışlardan 190 müraciət daimi yaşayış yeri məlum olmayan şəxslərlə bağlı olub.

Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən, 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.

Zərurət olduqda həmin şəxs toksikoloji müayinədən keçirilir və ona məsləhətlər verilir, sonra ehtiyac olarsa dezinfeksiya stansiyasına aparılaraq sanitar təmizləmə tədbirlərindən sonra birləşmiş şəhər xəstəxanalarından birinə yerləşdirilir. Daimi yaşayış yeri məlum olmayan şəxsin hansı xəstəxanaya yerləşdirilməsi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən əvvəlcədən verilmiş qrafikə əsasən həyata keçirilir.

Daimi yaşayış yeri məlum olmayan şəxsdə ruhi pozğunluq aşkar edilərsə, ərazi prinsipinə əsasən müvafiq psixiatrik xəstəxanaya, vərəm xəstəliyi aşkar edildiyi halda isə vərəm əleyhinə dispanserə yerləşdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar