Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aman təklik əlindən



Son günlər, xüsusən də Rusiya prezidenti Putinin Avstraliyanın Brisben şəhərinə uğursuz səfərindən sonra bu ölkənin telekanllarında bir mövzu geniş müzakirə olunur: Rusiyanın aqibəti necə olacaq?


 Artıq ölkənin siyasi elitası az qala bütün dünya ilə üz-üzə qalmağın nə vəd etdiyini müzakirə edir. Bir neçə ay əvvəlki hayqıran milli təəssübkeşlik, şovinizm indi pessimist əhvalla əvəzlənib.

Əslində bir bəlli gerçəyə müxtəlif rakurslardan yanaşma maraq doğurur - nədən Rusiya bu yolu seçdi? Səbəb təkcə Ukraynaya yönələn iddialardırmı? Ən nəhayət, bu ölkəni seçdiyi yolun özəlliyi nədir və nə vəd edir... 

Belə müzakirələrə diqqət yetirin, söhbət Rusiyadan getsə də, bizim üçün də xarakterik olan cəhətlər də var...
Açıq etiraf edək: Azərbaycandakı siyasi rejim də özünü tədric yolu tutub. Korrupsiya ilə bağlı tənqidlər, insan haqlarına hörmət, siyasi məhbusların azad edilməsi ilə bağlı tələblər qeydsiz-şərtsiz bizim ölkəmizə yönələn qəsd kimi dəyərləndirilir. Bütün ittihamlar köməyə yetir: bizim analoqu olmayan inkişafımızı gözləri götürmür, ermənipərəst mövqe tuturlar və s. Amma hamının gördüyü, şahidi olduğu məsələlər həll olunmur, əksinə, bu yöndə neqativlər sıralanır... Avropanın hansı ölkəsi bizim dostumuzdur? Ya da dost sandığımız ölkədən bizə yönələn tənqid səslənəndə niyə dərhal düşmənə çevrilir?

Ötən əsrin əvvəllərində kommunist diktaturası üçün bir sual məhək daşına döndü: ayrıca bir ölkədə sosializm qurmaq mümkündürmü? Tarix özü bu suala cavab verdi - bu dünyada mövcud olan qaydalara göz yumub yaşamaq iflasa gətirib çıxarır... Kimə sirdir ki, yalnız korrupsiyanın şərtləri ilə idarə olunan ölkələrdə bəşəri dəyərlərə zidd olan idarəçilik yolu seçilir. Korrupsiya bütün xoş niyyətlər, xeyirxah əməllər yolunda maneəyə dönür...

Bir anlığa təsəvvürünüzə gətirin - korrupsiyaya son qoyulsa, ölkədə ab-hava, güzəran və insanların psixoloji durumu nə qədər dəyişə bilər. 
Açıq etiraf edək bizim bir dövlət kimi mövcudluğumuza yönələn ən böyük təhlükə də elə indiki Rusiyadır. Amma nə qədər qəribə də olsa, bizim ölkə daxili qurallara görə daha çox Rusiyaya bənzəyir. Biz də özünü tədric yolu seçmişik...

“Türkiyə bizim yeganə arxamız, dayağımızdır”. Yeri gəldi-gəlmədi bu sözlər təkrarlanır. Amma bir məqam diqqətdən yayınır: Türkiyə siyasi repressiyaların, təqiblərin ən dözülməz həddə qərarlaşdığı bir ölkənin yanında dayana, onu müdafiə edə bilirmi?
Millətçilikdən yaranan eyforiya çox tez soyuyur. İndi Rusiyadakı siyasi mühit də beş-altı ay əvvəlkində xeyli fərqlənir. Artıq baş verənlərin nə ilə sonuclanacağı ciddi narahatlıq doğurur. İndi dünyanın önəmli ölkələri ilə ədavətdə olan ölkənin taleyi ilə bağlı narahatlıq hissi keçirənlər daha uca səslə bir sualı təkrarlayır və ona cavab axtarırlar: qazancımız nə olacaq?

Eyni sual bizi də narahat etməlidir: bizim ölkədə hakimiyyətdə olan rejim demokratik dəyərləri tapdamaq, siyasi əqidəsinə görə insanları təqib etməklə nə qazanır... Bu 23 illik yol özü buna sübutdur, ən adi insan haqları məhz korrupsiyanın tapdağı altında qalır...
Zahiri atributlarına görə Rusiyanı Qərblə üz-üzə qoyan ideoloji ziddiyyətlər artıq mövcud deyil. Artıq “soyuq müharibəni” törədən səbəblər də aradan qalxıb. Həm də XXI əsri fərqləndirən atributlar da formalaşıb və artıq dünya qlobal informasiya məkanına çevrilib. Dünyanın harasındasa bir münaqişə baş verəndə min kilometrlərlə aralıda yerləşən digər ölkə üçün təsirsiz ötüşmür.
Azərbaycandakı rejim usanmadan demokratik dəyərlərə hörmət edildiyini təkrarlayır. Amma danılması mümkün olmayan mənzərə də göz önündədir. Həm də rənglər getdikcə tündləşir. Bunu görmək üçün xüsusi fəhmə də ehtiyac yoxdur. Yeganə bir yol var yanlışdan imtina etmək və bu dünyada yaxşı həyat üçün təminatlı yol seçmək... 
Demokratiyanın beşiyi sandığımız ölkələr də asan yol keçməyiblər. Onlar da nəyin pis, nəyin yaxşı olduğunu öz talelərində sınayıblar. Danılmayan bir gerçək də var: bu dünyada ayrıca mövcudluğu təmin etmək də mümkün deyil. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar